Modern.az

İxtisas və məktəb seçimi nəticələri elan olunub

İxtisas və məktəb seçimi nəticələri elan olunub

Mədəniyyət

28 İyul 2026, 18:16

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, namizədlər nəticələri qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə əldə edə bilərlər.

Qəbul olunan namizədlər tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.

Yeni tədris ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq!

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi