Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 2-ci cəhd qəbul imtahanının nəticəsini elan edib.
Modern.az xəbər verir ki, artıq builki qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək göstəricilər müəyyənləşib.
Beləliklə, iki qrupda 700 ballıq nəticə qeydə alınıb, iki qrupda isə maksimal nəticə göstərən olmayıb.
2026-cı ildə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər:
I ixtisas qrupu üzrə 700 bal (Məcidli Burlaxatun Bəhruz qızı);
II ixtisas qrupu üzrə 690 bal;
III ixtisas qrupu üzrə 690 bal;
IV ixtisas qrupu üzrə 700 bal (Samir Hikmət oğlu Tağızadə).