Modern.az

IV qrupda bir nəfər 700 bal topladı - FOTO

IV qrupda bir nəfər 700 bal topladı - FOTO

Təhsil

Bu gün, 17:28

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

Modern.az xəbər verir ki, IV ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən maksimum – 700 balı Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunu Tağızadə Samir Hikmət oğlu toplayıb.

I ixtisas qrupu üzrə isə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697,5 bal toplayan iki abituriyent göstərib. Onlar Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə. Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?