İran xarici işlər nazirinin müavini Kazım Qəribabadinin sözlərinə görə, son 15 gün ərzində Tehran ABŞ-la danışıqlar aparmaq üçün heç bir təşəbbüs göstərməyib.
Modern.az xəbər verir ki, Qəribabadi bildirib ki, danışıqlar təşəbbüsü məhz Vaşinqtondan gəlib.
“Amerikalılar özləri danışıqların keçirilməsini istəyiblər. Onlar həmçinin Oman vasitəsilə bizə hərbi əməliyyatlara əl atmayacaqları barədə mesaj göndəriblər”, – deyə nazir müavini qeyd edib.
Qəribabadinin sözlərinə görə, Oman Hörmüz boğazının cənub hissəsinin minalardan təmizlənməsi üçün bu prosesə üçüncü bir ölkənin cəlb olunmasını təklif etsə də, Tehran buna razılıq verməyib.
İran rəsmisinin açıqlaması Tehran və Vaşinqton arasında mümkün təmaslarla bağlı yayılan məlumatlar fonunda səsləndirilib.