Modern.az

Ərdoğan: İraq Türkiyəyə gündə 1 milyon barel neft tədarük edə bilər

Ərdoğan: İraq Türkiyəyə gündə 1 milyon barel neft tədarük edə bilər

Dünya

28 İyul 2026, 22:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə enerji və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Ərdoğan İraq tərəfinin Türkiyəyə gündə 1 milyon barel neft tədarük etməyə hazır olduğunu bildirdiyini deyib.

“Bizə dedilər ki, Türkiyəyə gündə 1 milyon barel neft göndərə bilərik. Bu halda başqa mənbələrdən asılı olmağa ehtiyac qalmaz. Qonşumuz İraqdan bu həcmdə neft tədarükü başlasa, tələbatımızı ödəyə bilərik”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan əlavə edib ki, Ankara da öz növbəsində İraqın ehtiyac duyduğu müdafiə sənayesi məhsullarının tədarükünə töhfə verməyə hazırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi