Modern.az

Trampla Zelenskinin görüşü başa çatıb – YENİLƏNİB

Trampla Zelenskinin görüşü başa çatıb – YENİLƏNİB

Dünya

28 İyul 2026, 20:54

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş yekunlaşıb.

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə X sosial media hesabında yazıb.

O, görüşün yaxşı keçdiyini bildirib.

Görüşdə birgə sülh səyləri, “Patriot” sistemlərinin istehsalı üçün lisenziyalar və digər məsələlər müzakirə edilib.

Zelenski qəti dəstəyinə görə ABŞ-yə minnətdarlığını diqqətə çatdırıb.

***

18:49

Ağ evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.

Modern.az xəbər verir ki, mediaya qapalı görüşdə liderlər Rusiya-Ukrayna sülh prosesini müzakirə edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi