Modern.az

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İdman

Bu gün, 22:26

İranın 45 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Bakıda təşkil olunan dünya birinciliyinin yarımfinal görüşünə gecikdiyi üçün Azərbaycan təmsilçisi qələbə qazanıb.

​Modern.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanan Armin İsmaili nəzərdə tutulan vaxtda arena zalına çata bilməyib.

​Nəticədə vaxtında xalçaya çıxmayan idmançının rəqibi – Azərbaycan təmsilçisi qalib elan olunub. İran mətbuatının iddiasına görə, hadisə idmançını daşıyan avtobusun zala vaxtında çata bilməməsi səbəbindən baş verib.

​Görüşə qatıla bilməyən A.İsmaili final şansını itirərək bürünc medal uğrunda təsəlliverici qarşılaşmada mübarizə aparmalı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?