ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski arasında keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində danışıqlar prosesinin intensivləşdirilməsi barədə razılıq əldə olunub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, çərşənbə axşamı Ağ Evdə keçirilən görüşdə şəxsən iştirak edib.
"Ədalətli sülhün yaxınlaşması üçün zəruri olan diplomatik və təhlükəsizlik addımları ətrafında məzmunlu müzakirə apardıq. Bütün səviyyələrdə danışıqlar prosesinin intensivləşdirilməsi barədə razılıq əldə olundu", – deyə Budanov qeyd edib.
Bununla yanaşı, o, hansı konkret addımların nəzərdə tutulduğunu açıqlamayıb.