Modern.az

Paşinyan Qarabağın itirilməsinə görə məsuliyyəti boynundan atmaq istəyir

Paşinyan Qarabağın itirilməsinə görə məsuliyyəti boynundan atmaq istəyir

22 May 2019, 16:47

“Ermənistanla Dağlıq Qarabağ arasında birliyi parçalamaq istəyənlər barədə danışmaqla Paşinyan ərazi itkilərinə görə məsuliyyəti boynundan atmaq istəyir”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Media Advocate təşəbbüs qrupunun rəhbəri Ağası Yenokyan deyib.

O, Ermənistan və Qarabağ separatçıları arasında dərin uçurumun yarandığını etiraf edir.

“Paşinyanın açıqlamaları onun Qarabağ elitasına heç bir təsir imkanı yoxdur və o bununla barışa bilmir. Ermənistan və Qarabağ arasında birlik həmişə olub. Amma Ermənistanda hakimiyyət dəyişikliyi baş verən kimi bu əlaqələr nəinki cəncələ düşüb, hətta kritik həddə qədər geriləyib”- deyə Yenokyan vurğulayıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...