Modern.az

“Unudulmaz Bakı” - FOTO

“Unudulmaz Bakı” - FOTO

23 May 2019, 16:40

Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin təşkilatçılığı ilə 28 May- Respublika Günü münasibətilə, "Unudulmaz Bakı" adlı konserti keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyət başçısının müavini Aygün Əliyeva iştirak edib.

 

Çıxış üçün söz verilən Aygün Əliyeva Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini bildirdi. A.Əliyeva xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını bildirdi. Natiq qədim və zəngin mədəni tarixə malik, müasir, son dərəcə ecazkar və füsünkar Bakımızın mədəniyyətlər beşiyi olduğunu qeyd etdi.O, son illərdə ölkəmizdə keçirilən beynəlxalq idman oyunları və yarışların paytaxtımızın dünyada tanınmasında mühim yer tutduğunu bildirdi.

 

Tədbir Müslüm Maqomayev adına 26 saylı onbir illik musiqi məktəbinin tələbələrinin ifasında müxtəlif musiqi nömrələri ilə davam etdirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü