Modern.az

Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...”

Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...”

27 May 2019, 14:45

Azercell şirkəti bəzi abunəçilərinə xəbərdarlıq edib. Xəbərdarlıq abonentlərə mesaj formasında göndərilib.

Şirkət xaricdən daxil olan zənglərin və mesajların qəbulu zamanı diqqətli olamağı tövsiyə edir. Bildirilir ki, bu halla qarşılaşdıqda ehtiyatlı olmaq, geri dönüş etməmək lazımdır. Azercell əks halda nömrənin balansından vəsait itkisi yarana biləcəyini vurğulayır.

 

Məsələ ilə bağlı Azercell Şirkətindən Modern.az-a açıqlama verilib. Açıqlamada bildirilir: “Şirkətimizdən qaynaqlanmayan səbəblərdən dolayı abunəçilərimizə müxtəlif ölkələrdən spam xarakteri daşıyan zənglərin gəlməsi halı müşahidə olunur. Əlavə vəsait itkisinə səbəb ola bilmə ehtimalını nəzərə alıb, abunəçilərimizə bu nömrələrə geri zəng etməməyi tövsiyə edirik. Bu çətinliyin ciddiliyini və abunəçilərimizin narahatlığını nəzərə alaraq, beynəlxalq istiqamətlərdə zənglərin həyata keçirilməsinin təşkilini təmin edən əlaqədar təşkilatlara tərəfimizdən müraciət edilmiş, abunəçilərimizin qarşılaşdığı halların araşdırılması və aradan qaldırılması üçün tədbirlər görülməsi xahiş edilib".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?