Arxiv
18 İyun 2019, 19:10 | AKTUAL
Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır

Brüsseldə keçirilən QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfransda Azərbaycan tərəfi Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

 

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hər iki qurumun üzvü olan və hal-hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən Bolqarıstan və Avropa İttifaqında sədrlik edən Rumıniyanın birgə təşəbbüsü əsasında keçirilən bu tədbirdə çıxış zamanı M.Məmməd-Quliyev Azərbaycanın həm QDİƏT-in üzvü olaraq, həm də Aİ ilə tərəfdaşlığı inkişaf edərək bu məkanda əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.

 

O, Azərbaycanın QDİƏT-də başa vurduğu sədrliyinin təcrübəsinə istinad edərək, regional bağlılığın təşviqi, eləcə də nəqliyyat, informasiya texnologiyaları və enerji sahələrində əməkdaşlıq sayəsində Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirilməsi üçün çalışdığını vurğulayıb.

 

M.Məmməd-Quliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün bölgənin zəngin potensialından tam şəkildə faydalanması üçün əngəllər törtdiyini xüsusilə diqqətə çatdırıb.

Nazir müavini QDİƏT ölkələri üçün Aİ ilə əməkdaşlıq proqramlarının inkişaf etdirilməsinin prioritet olduğunu bildirərək, bu istiqamətdə əlaqələndirilmiş fəaliyyətin vacibliyindən bəhs etdi. Bu mənada, o, Azərbaycanın həm QDİƏT, həm də Aİ istiqamətində səylərini artıraraq bölgəyə sülh, sabitlik və inkişafın gətirilməsinə çalışacağını bildirdi.

Eyni zamanda, Azərbaycan rəsmisi QDİƏT-Aİ əməkdaşlığının davamlılığına diqqət yetirərək, bu əməkdaşlığın konkret proqramlar və fəaliyyət planları əsasında daha strukturlaşmış şəkildə davam etdirilməsinin önəmini vurğuladı. Hazırda daha çox vaxtaşırı xüsusiyyət daşıyan və Aİ üzv ölkəsinin QDİƏT-də sədrliyinə təsadüf edən canlanma təəssüratının gələcəkdə dayanıqlı əməkdaşlıq formatında həyata keçirilməsi vacib məsələ kimi tədbir iştirakçıları qarşısında qaldırılıb.

Qeyd etmək istərdik ki, cari ilin 17 iyun tarixində Aİ Şurası Qara dəniz regional əməkdaşlığında Aİ-nin iştirakına dair tövsiyələri sənədini qəbul edib.

 

Orada Aİ-nin Qara dəniz məkanındakı təhlükəsizliyə olan təhdidlərdən narahatlığı bir daha ifadə edilir və bu xüsusda beynəlxalq hüquq, o cümlədən müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət edilməsinin Aİ-nin Qara dəniz məkanında regional əməkdaşlıq yanaşmasının fundamental əsasını təşkil etdiyi vurğulanır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR 23 Sentyabr 2019, 14:49 “Kənddən Şəhərə” məhsulları “World Food Moscow” Beynəlxalq Qida Sərgisində 23 Sentyabr 2019, 14:49 BQXK vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır 23 Sentyabr 2019, 14:47 10 yaşlı Anjelina ilk dəfə məktəbə getdi - FOTO 23 Sentyabr 2019, 14:39 Gəncədə piyadanı vurub qaçan sürücü tutuldu 23 Sentyabr 2019, 14:32 Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır 23 Sentyabr 2019, 14:23 DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir 23 Sentyabr 2019, 14:03 Milli Məclisin payız sessiyasının gündəliyi bəlli oldu 23 Sentyabr 2019, 14:02 Əhliman Əmiraslanov: “Adlarını psixoloq qoyub ekstrasenslik, falçılıq  edirdilər” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 13:56 Sürücülərin nəzərinə: Texniki baxışa görə rüsum artırılır 23 Sentyabr 2019, 13:51 Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13