Modern.az

Pezeşkian: İran şəhərlərinin bombalanması cavabsız qalmayacaq

Pezeşkian: İran şəhərlərinin bombalanması cavabsız qalmayacaq

Dünya

Bu gün, 19:12

İranın müdafiə sistemləri ölkənin şəhərlərinə endirilən zərbələrin cavabsız qalmayacağını göstərmək üçün yaradılıb.

Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Bizim malik olduğumuz hərbi güc məhz ölkəmizi müdafiə etmək üçündür. Ölkəmizi və xalqımızı qorumaq üçün heç kimdən icazə və ya razılıq istəmirik”, - İran lideri deyib.

Pezeşkian Qəzza zolağındakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, davam edən itkilər və genişmiqyaslı dağıntılara baxmayaraq, baş verənlər insanların müqavimətə inamını gücləndirib.

“Müqaviməti bombalar və mühasirə ilə məhv etmək mümkün deyil. Bu, insan təbiətidir. Əgər insan öz torpağından qovulursa, müqavimət göstərəcək. Evləri bombalanır, təcavüzə və hücumlara məruz qalırsa, müqavimət göstərəcək. Onun başqa hansı seçimi var? Qorxuya təslim olmaq?” - Pezeşkian bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq