Modern.az

İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 səs - YENİLƏNİB

İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 səs - YENİLƏNİB

23 İyun 2019, 21:17

İstanbulda səsvermə qutularının 99.37 faizi açılıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Millət İttifaqının namizədi Əkrəm İmamoğlu səslərin 54.03 fazini qazanıb.

Sayılan büllütenlərin nəticəsinə görə, Əkrəm İmamoğlu 4 698 782 seçicinin səsini alıb.

Cumhur İttifaqının namizədi Binali Yıldırıma isə 3 921 201 seçici səs verib. Bu isə seçicilərin 45.09 faizidir.

Bununla da Əkrəm İmamoğlu rəqibini 777 581 səs üstələyib.

 

***

 

Türkiyənin İstanbul şəhərində keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səslərin təxminən 96 faizinin hesablanmasından sonra Əkrəm İmamoğlu 53,72 faiz, Binəli Yıldırım isə 45,37 faiz səs toplayıb.

İlkin nəticələri şərh edən B.Yıldırım rəqibinin ondan öndə olduğunu və Ə.İmamoğlunun İstanbulda yaxşı işlər görəcəyinə ümid etdiyini bildirib.


Qeyd edək ki, bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir.


Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb. Hakim partiyanın İstanbulda səsvemənin nəticəsinə etirazından sonra YSK  seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edib.

 

***

 

Türkiyənin İstanbul şəhərində bu gün keçirilən təkrar bələdiyyə seçkilərində səsvermə bülletenlərinin yarıdan çoxu sayılıb.

Modern.az xəbər verir ki, bu barədə ANKA agentliyi məlumat yayıb.


Məlumata görə ilkin nəticələr aşağıdakı kimidir:


Açılan səsvermə qutusu: 12.100
Səs fərqi: 360.160
Açılmayan səsvermə qutusu: 19.830

 

1. Namizəd: Yüzdə  55.68 %
2. Namizəd: Yüzdə  44.29 %

Qeyd edək ki, hələlik Yüksək Seçim Kurumu namizədlərlə bağlı məlumatların açıqlanması qadağasını götürmədiyindən namizədlərin adı açıqlanmır.

Qeyri rəsmi məlumatlara görə, Millət İttifaqının namizədi Əkrəm İmamoğlu 320 min səs fərqi ilə Cümhur İttifaqının namizədi Binali Yıldırımın önündədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir