Modern.az

Piyadalara və sürücülərə müraciət edildi

Piyadalara və sürücülərə müraciət edildi

Aktual

Bu gün, 11:22

Avtomobil yollarında piyadaların vurulması hadisələri piyada keçidlərini əhəmiyyətsiz bilib yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərir. Belə hadisələrin baş verməməsi, gedəcəyiniz ünvana rahat və təhlükəsiz şəkildə çatmaq üçün keçidlərdən istifadə etməlisiniz.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) piyadalara və sürücülərə müraciətində əks olunub.

“Sürücülərə isə bildiririk ki, diqqətiniz yolda və sürət həddində olsun. Belə olduqda, xüsusilə də çoxzolaqlı yollarda qaydalara əməl etməyib yolun hərəkət hissəsindən keçməyə çalışan piyadaları gördüyünüz anda, qəzaların baş verməməsi üçün vaxtında təhlükəsizlik tədbirləri görə biləcəksiniz”, - deyə müraciətdə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini ürəyindən "VURDULAR" - Rusiya q*an ağlayır - Gündəm Masada - Media Turk TV