Arxiv
25 İyun 2019, 16:42 | AKTUAL
Azərbaycanda kəskin istilərin səbəbləri AÇIQLANDI

“Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur. Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir”.

 

Modern.az xəbər verir ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir.

“Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir. Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb. Bakıda 37, Abşeron yarımdasında 39,6, Aran rayonlarında 40-42 dərəcə isti olub ki, bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir".

U.Tağıyeva əlavə edib ki, son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir.

Onun sözlərinə görə, anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır:

"Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Analar uşaqları Günəş şüasından qorusunlar, yaşlı insanların Günəşin altında olmaları məsləhət deyil".

U.Tağıyeva qeyd edib ki, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin, təhlükəli hadisələrin artması ilə səciyyələnir:

"Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər. Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır. Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam İMZALADI 2 mart 2021, 18:08 Ərdoğan Bahçeli ilə görüşdü 2 mart 2021, 18:00 Nazirlik itkin düşən hərbçilərin SİYAHISINI yenilədi 2 mart 2021, 17:55 Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO 2 mart 2021, 17:49 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR 2 mart 2021, 17:07 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:02 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55 “Azərpoçt”a yeni baş direktor təyin olundu - FOTO 2 mart 2021, 16:53 BMU-da Elmi Şuranın iclası keçirilib 2 mart 2021, 16:48 Hərbi vəzifəlilər təlimlərə çağırılır? - Dövlət xidmətindən rəsmi cavab 2 mart 2021, 16:42 Xalq artisti Səkinə İsmayılovaya ağır itki üz verib 2 mart 2021, 16:37 Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ 2 mart 2021, 16:33 Magistratura imtahanlarının nəticələri AÇIQLANDI 2 mart 2021, 16:31 Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır 2 mart 2021, 16:26 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi AÇILDI 2 mart 2021, 16:21 Yeni reallığın memarları 2 mart 2021, 16:16 Şeyxülislam Fransanın «Le Mondе» qəzetinə müsahibə verdi 2 mart 2021, 16:10 Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - III HİSSƏ 2 mart 2021, 16:04 “AzerGold”da Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib 2 mart 2021, 15:58 Sarkisyan Baş Qərargah rəisinin işini Konstitusiya Məhkəməsinə GÖNDƏRDİ 2 mart 2021, 15:53 Mikayıl Cabbarov: “İlin iki ayının yekunları ürəkaçandır” 2 mart 2021, 15:49 Vilayət Eyvazov Şəhid polisin oğlunu Şuşaya GÖNDƏRDİ 2 mart 2021, 15:44 Ukrayna prezidenti peyvənd olundu 2 mart 2021, 15:38 Nazir onu özünə müşavir təyin etdi 2 mart 2021, 15:32 Həmkarlar İttifaqları Konfederasiyası nazirliyə 200 min manat ayıracaq 2 mart 2021, 15:26 Arzularımın pul KİSƏSİ 2 mart 2021, 15:20