Arxiv
1 İyul 2019, 17:37 |
UNEC-də Məzun günü – Məzunlara Avropa universitetlərinin diplomları verildi

UNEC-də keçirilən “Məzun Günü” bir çox yeniliklərlə yadda qalıb.

 

Modern.az xəbər verir ki, “Baku Kristall Hall”da keçirilən təntənəli mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları iştirak edib.

 

UNEC-in rektoru, professor Ədalət Muradov məzunları təbrik edərək, onlara müstəqil, peşəkar həyata baş vurmağın çətin olduğu qədər, maraqlı və həyəcanlı olduğunu deyib. Məzunları yeni nailiyyətlər, ciddi sınaqların gözlədiyini deyən rektor, onların əməyinin müsbət nəticələr verəcəyinə əminliyini bildirib. Bu əminliyin Ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərin təhsili ilə bağlı dövlət siyasətinə, eləcə də Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısına əsaslandığını vurğulayıb. UNEC-in Avropanın aparıcı universitetləri ilə uğurlu ikili diplom proqramları reallaşdırdığını deyən Ə.Muradov, bu ali təhsil müəssisəsinin məzunlarının dünyanın aparıcı universitetlərinin tələbələri ilə rəqabət apara biləcək potensiala malik olduğunu bildirib. Sonda rektor məzunlara dayanmadan çalışmağı, biliklərini yeniləməyi, mənəviyyatı hər şeydən üstün tutmağı və mənəvi lider olmağı tövsiyə edib.

 

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov barədə videoçarx nümayiş olunub. Videoçarxda V.Hüseynovun orta məktəb şəhadətnaməsi, universitet diplomu, qiymət cədvəli, fotoşəkilləri və ictimai siyasi fəaliyyəti ilə bağlı məlumatlar əks etdirilib.

 

DMX-nin rəisi Vüsal Hüseynov xatirələrlə zəngin təqdimata görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. UNEC-in Fəxri məzunu kimi uğur hekayəsini bölüşən V.Hüseynov İqtisad Universitetinin onun həyatında önəmli rol oynadığını deyib. Harvard Universitetinə gedən yolda bu ali təhsil müəssisəsinin çox vacib təməl olduğunu diqqətə çatdırıb. V.Hüseynov UNEC məzunlarına verdikləri universitetin onlara verdiyi üstünlüklərdən maksimum yararlanmağı, qərarlarında məsuliyyətli olmağı, bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib.

 

Çıxışdan sonra UNEC-in Fəxri məzunu Vüsal Hüseynova şəxsi arxivi üçün orta məktəb şəhadətnaməsi hədiyyə olunub.

 

“Məzun Günü”ndə UNEC-in ikili diplom proqramlarının məzunlarına Avropa diplomları təqdim edilib. Fransanın Monpelye Universitetini bitirən 13 bakalavr və İsveçrənin UBİS universitetini bitirən 4 magistrə həmin universitetlərin diplomları verilib.

 

Hər il olduğu kimi, bu il də ən yüksək bal (99.0125) topladığına görə adı UNEC-in Fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Pakizə Vəlizadə çıxış edib. UNEC-in məzunu olması ilə qürur duyduğunu ifadə edən P.Vəlizadə təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinin  artıq 5-ci ildir ki, adlarını universitetin tarixinə uğurlu tələbə kimi yazdırdıqlarıını diqqətə çatdırıb.

 

P.Vəlizadə ənənəyə uyğun olaraq UNEC-in bayrağını III kurs üzrə ən yüksək nəticə göstərən Ekspertiza və standartlaşdırma fakültəsinin tələbəsinə təhvil verərək, 4122 məzun adından təntənəli and içib.

 

Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.

 

Tədbirdə populyar bəstəkar müğənni, əməkdar artist Miri Yusif və Murad Arif tələbələri məzun olmaları münasibətilə təbrik edərək, özünəməxsus ifaları ilə onlara unudulmaz anlar yaşadıblar. Populyar DJ Chına isə dinamik mahnıları ilə “Məzun Günü”nündə gəncləri əyləndirib.

 

Qeyd: 2018/19-ci tədris ilində UNEC-dən 4122 gənc məzun olub. Onlardan 3102-i bakalavr, 1020-si isə magistrdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02 Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib 23 Fevral 2020, 15:46 Magistraturaya qəbul imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 23 Fevral 2020, 15:35 Ərləri, sevgililəri, qohumları tərəfindən öldürülən qadınlar... 23 Fevral 2020, 15:30 Berlində soydaşlarımızla görüş olub – FOTOLAR 23 Fevral 2020, 15:04 Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı 23 Fevral 2020, 14:43 Türkiyədə zəlzələdə ölü sayı 8-ə çatdı 23 Fevral 2020, 14:31 XİN-dən İrana gedən azərbaycanlılara koronavirus ÇAĞIRIŞI 23 Fevral 2020, 14:16 Baş redaktor 29 yaşında həyatını itirdi 23 Fevral 2020, 14:00 Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi özünü asdı 23 Fevral 2020, 13:39 Bakıda sabah 11 dərəcə isti olacaq 23 Fevral 2020, 13:23 İsrailin Çindəki səfiri karantinǝ alındı 23 Fevral 2020, 13:14 İrandakı zəlzələ Türkiyədə dağıntılara yol açdı: 7 ölü, 5 yaralı 23 Fevral 2020, 13:02