Arxiv
9 İyul 2019, 14:11 | ÖLKƏ
Yollara ölüm saçan yük maşınları... 

Son zamanlar baş verən yol qəzalarının sayı gündən-günə artmaqdadır. Ağır nəticələrlə yekunlaşan qəzaların çoxu yük maşınlarının iştirak ıilə baş verir. Məsələn, bu gün Masallıda yük maşının mikroavtobusla toqquşması, iyulun 8-də Gəncədə sərnişin avtobusunun aşması, yenə iyulun 8-də Bakıda yük maşınının “Baku Bus” sərnişin avtobusuna çırpılması, iyulun 7-də Lənkəranda yük maşınının minik avtomobilinə çırpılması son bir neçə gündə yül maşınlarının iştirakı ilə baş verən yol qəzalarıdır.

 

Bəs, yük maşınlarının törətdiyi qəzalara əsas səbəblər nədir?

Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Modern.az-a açıqlamasında bildirib ki, yük və sərnişin daşımayla bağlı bütün normativ sənədlər, qanunlar hamsı öz qaydasındadır, amma bunun icrası ilə bağlı çox ciddi problərimiz var.

 

“Yük və sərnişin avtobusları müasir tələblərə cavab verməlidir, təzə olmalıdır, sərnişinlərin icbari sığortası hamısında olmalıdır. Bundan əlavə sürücülərin xüsusi müayinəsi, istirahət və iş rejmi ciddi nəzarətdə saxlanılmalıdır. Hansı ki, bu qanunlar hazırda Azərbaycanda 20-30 % həyata keçirilir. Qanunların işləməməsinə sübut olaraq avtobusların qaraja getməməsini, yük maşınlarının yolların kənarında dayanmasını göstərə bilərik. Biz tez-tez yanacaqdoldurma məntəqələrinin ətrafları, istirahət mərkəzlərinin ətraflarında yol kənarında yük maşınlarının dayandığını görürük. Yəni, sürücülər gəlir istirahət məkanlarında yeyir-içir, səhər tezdən də durub o vəziyyətdə sükan arxasına əyləşirlər. Sürücülərə nəzarət mexanizmi ciddi şəkildə olmalıdır. Çox təəssüflər olsun ki, bizim sürücülərimiz göstərilən “yumşaq münasibət”dən sui-istifadə edirlər”.

 

Elməddin Muradlının sözlərinə görə sürücülərə nəzarətin zəifliyi qanunların işləməməsinə əsas səbəbdir.

 

“Əvvəllər Nəqliyyat Nazirliyinin dövründə “nəqliyyat qoçuları” deyilən şəxslər var idi. Onlar yolda sürücüləri saxlayıb döyürdü, sənədlərini əlindən alırdı, qoyulan rüsumdan dəfələrlə artıq pul tələb edirdi. Onda biraz vəziyyət fərqli idi, düzəlmişdi. İndi isə sürücülərə verilən sərbəstlik və onların bu sərbəstlikdən sui-istifadəsi onu göstərir ki, bizə sərbəstlik yaraşmır. Bizim başımızda gərək mütləq “müsəlman qılıncı” olsun. Çox vaxt da sürücülər gecə sərxoş olur, səhər sükan arxasında oturur və o bədənində hələdə qalan spirtli içkinin təsirindən idarə etdiyi avtomobillə qəzaya düşür. Bir dəfə özüm şahidi oldum ki, səhər saat 7 radələrində boş yolda gedən “Kamaz” markalı yük maşını anidən idarəetməni itirdi və yolun kənarındakı  hasara çırpıldı. Səbəb araşdırıldıqda isə bilindi ki, sürücü anidən sükan arxasında yuxulayıb. Məhz buna görə deyirəm ki, sürücülərin istirahət və iş rejmi ciddi nəzarətdə saxlanmalıdır”.

 

Elməddin Muradlı həmçinin qanunsuz sərnişindaşıma ilə bağlı açıqlama verib.

“Əslində mən qanunsuz sərnişindaşımaya mənfi münasibət göstərə bilmirəm. Dövlətin özünün onu təmin eləməyə gücü çatmırsa bu haqda mənfi rəy bildirməkm olmaz. Belə baxanda, həmin qanunsuz sərnişindaşıma vasitələri də dövlətin “yük”ünü daşıyır. Dövlətin çatdıra bilmədiyi sahəni “qanunsuz sərnişindaşıma” adlandırdığımız insanlar həyata keçirir. Sadəcə olaraq nəzarət mexanizmi ciddi olsa hər şey daha gözəl və qaydasında olar”.

 

Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59 Azərbaycanda koronavirusdan ölənlərin yaş qrupları açıqlandı 29 May 2020, 18:51 Gəncə və Naxçıvana uçuşlar bu tarixdə bərpa olunacaq 29 May 2020, 18:47 Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır 29 May 2020, 18:43 Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər 29 May 2020, 18:40 Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgədə olub - RƏSMİ 29 May 2020, 18:36 Gələn həftə Britaniyadan Azərbaycana çarter reysi təşkil olunacaq 29 May 2020, 18:32 Hansısa rayonda ocaq aşkarlanarsa, orda xüsusi karantin rejiminin tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 18:25 Tibbi maska ilə bağlı cərimə Milli Məclisdə müzakirə olunur 29 May 2020, 18:17 Maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq - İbrahim Məmmədov 29 May 2020, 18:10 Azərbaycanda koronavirusa yoluxma sayı rekord həddə çatı - daha 2 nəfər vəfat etdi 29 May 2020, 18:03 Operativ Qərargah brifinq keçirir - Canlı yayım 29 May 2020, 18:00 Pərvin Kərimzadə: “Qobu Park-3” ardıcıl və məqsədyönlü siyasətin davamıdır   29 May 2020, 17:58 UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib 29 May 2020, 17:51 Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib 29 May 2020, 17:46 Qüvvədə qalan qadağaların tam SİYAHISI 29 May 2020, 17:40 Böyük Britaniya honkonqlulara vətəndaşlıq verə bilər 29 May 2020, 17:35  Kinoteatr və əyləncə mərkəzləri  BAĞLI QALDI 29 May 2020, 17:28 Maska taxmaq məcburi olan yerlərin TAM SİYAHISI 29 May 2020, 17:26 Bu tarixdən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 29 May 2020, 17:21 Kafe-restoranların iş saatı uzadıldı 29 May 2020, 17:15 Açıq havada keçirilən idman yarışlarına icazə verildi 29 May 2020, 17:08