Arxiv
12 İyul 2019, 14:22 | ÖLKƏ
Namaz qılan nazirlər, nazir müavinləri - Məmurlar ibadətlərini niyə gizlədirlər...

Namaz qılmaq, oruc tutmaq İslam dininin əsas şərtlərindəndir. “Qurani Kərim”də buyrulduğu kimi, namaz, oruc hər bir müsəlman üçün vacibdir. 

Son zamanlar Azərbaycan cəmiyyətində belə bir tendensiya müşahidə olunur: dinlə məşğul olan şəxslər bunu ya danır, ya da aşırı dərəcədə qabardırlar.
Birincilərə vəzifəli şəxslər – məmur kateqoriyasından olanlar daxildir. Məmurlar  nədənsə namaz qlıb, oruc tutduqlarını gizlədirlər. Araşdırmalara görə, xüsusilə orta ranqlı məmurlar arasında inanclı insanlar çoxdur.

Adının çəkilməsini istəməyən orta məmur təbəqəsindən olan şəxs bəzən inanca görə müdiriyyət tərəfindən sıxışdırıldığını iddia edir, özü kimi namaz qılan, oruc tutan həmkarlarının bunu gizlətdiklərini deyir.  

Əldə etdiyimiz məlumata görə, namaz qılan məmurlar arasında hətta iki nəfər nazir də var (bəzi səbəblərdən adlarını qeyd etmirik). Nazir müavinləri arasında da vaxtlı-vaxtında ibadət edənlərin az olmadığı deyilir. Lakin onların bunu gizlətdiyi, açıb-ağartmağı istəmədiyi vurğulanır.

Yeri gəlmişkən, bu günlərədə eks-nəqliyyat naziri Ziya Məmmədovun namaz qılıb, oruc tutduğu barədə məlumat yayılmışdı. Əslində onun ibadətə hələ nazir olduğu dövrdən başladığı söylənilir.

İbadətlə məşğulsansa, bunu cəmiyyətə xüsusi qabardaraq təqdim etmək və ya əksinə, namaz qıldığını ciddi cəhdlə danmaq nə dərəcədə doğrudur?

 

Mövzuya münasibət bildirən ilahiyyatçı Elşad  Miri Modern.az-a deyib ki, din insana göstəriş üçün yox, düzgün yolda olmaq üçün göndərilib:

“İnsan dinlə məşğul olmağını öz davranışında, başqalarına olan münasibətində göstərməlidir. Namaz qılmağın, oruc tutmağın və ya xeyirxahlığı açıq-aşkar şəkildə etməyin, kiməsə göstərməyin heç bir əhəmiyyəti yoxdur. Bütün bunların hamısı dinin mahiyyətindən kənar olub, özünü fərqli şəkildə insanlara təqdim edənlər üçündür. Din insana düzgün yaşamaq, xeyirxahlıq etmək üçün göndərilən bir anlayışdır. Bu gün o anlayışı başqa şəkildə təqdim etmək dini  ritullaşdırmaq deməkdir”.
 

Onun fikrincə, dinlə məşğul olub-olmamağı kimdənsə soruşmaq düzgün deyil:

“Belə bir məsəl var: orucluqda bir nəfərdən soruşurlar ki, oruc tutursan? O da deyir “başqa vaxt niyə soruşmursan ki, acsan, nəyə ehtiyacın var?”. Doğurdan da bunu soruşmayan insanın orucluqda “orucsan7” deyə soruşması nə dərəcədə doğrudur? Bu tip suallar vermək doğru hal hesab olunmur”.

 

Deputat Fazil Mustafa isə dindar olmaqda gizlətməli məqamın olmadığını düşünür:

“Məsələn mən  namaz qılıram, hər cümə məscidə gedirəm, oruc tuturam və Həcc ziyarətində olmağıma baxmayaraq, yenə də getməyi planlaşdırıram. Bunu mən niyə gizlədim ki? Burada utanılmalı heç nə yoxdur axı. Əgər dinlə məşğul olmağıma görə mənə ziyan gələcəksə, qoy gəlsin. Əsas odur ki, Allahdan insana ziyan gəlməsin. Din ümumilikdə həyat tərzinə, vicdan azadlığına aid olan bir məfhumdur. İbadətini gizlədən insanlar görünür ki, səmimi deyillər. Demokratik ölkədə yaşayırıq və insanların inanclarına görə təqib olunması deyə bir durum yoxdur”.

 

Onun fikrincə, vəzifəli şəxslərin pis əməllərlə məşğul olmaqlarındansa, ibadətlə məşğul olmaları cəmiyyətə fayda verər:

“Ola bilsin ki, dar çərçivədə hansısa məmurlar bunu açıq-aşkar şəkildə etməkdən qorxurlar. Lakin Konustitusiyada  hüquq və azadlıqlar var ki, insanların dini inanclarına görə fəaliyyətlərini məhdudlaşdırmaq olmaz. Vəzifədə olan şəxslər də bunu açıq şəkildə edə bilər. Onların ibadətlə məşğul olmaqları insanlar üçün çox faydalı olar. Belə ki, din onları cəmiyyətin müəyyən problemlərinin həll edilməsində daha vicdanlı olmağa sövq edər”.
 

Dinşünas alim Nəriman Qasımoğlu bildirib ki, kim istəsə, dindar olduğunu dana və ya qabarda bilər:

“Hərənin öz məcazı var və buna uyğun hərəkət edir. İnsan öz istəyinə uyğun özünü ifadə edir, burada heç bir problem yoxdur. Hamı intellektual səviyyəsindən asılı olaraq dinlə məşğul olmağını ya qabardır, ya da danır. Hər iki hala görə insanları qınamaq, müzakirə etmək düzgün deyil”.

 

Dini Komitənin sabiq sədri, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev deyir ki, dini cəhətdən ibadətlə məşğul olmağı gizləmək olar, lakin qabartmaq günahdır:

“Dində buna “taqiyyə” deyirlər, yəni öz dini inancını gizlətmək. Əgər bir insan düşmən əhatəsindədirsə və ya başqa qorxusu varsa,  dinlə məşğul olduğunu gizləyə bilər. Çünki dini inancına görə düşmənin onu öldürmək təhlükəsi var. Lakin ictimaiyyətdən gizləmək o qədər də yaxşı hal deyil. Özünü imanı, namazı ilə önə çəkən insanlar da var. Bu, islamda ciddi günah hesab olunur. İnsan özünü tərifləməli deyil, o ki qaldı imanını ortaya qoyub onunla öz imicini qaldırasan. Bu dini baxımandan böyük günahdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
23 iyul tarixinin nə günahı var? 23 İyul 2019, 00:45 Çempionlar Liqasında II təsnifat mərhələsi başlayır 23 İyul 2019, 00:29 Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb 23 İyul 2019, 00:13 26 il işğalda qalan Ağdam... 23 İyul 2019, 00:02 Azərbaycan nefti bahalaşdı 22 İyul 2019, 23:42 Gürcüstanda 4 bal gücündə zəlzələ 22 İyul 2019, 23:21 Bakıda bacısı təhqir edilən şəxs bıçaqlandı 22 İyul 2019, 23:02 Azərbaycanlı Ukrayna Ali Radasının deputatı seçildi 22 İyul 2019, 22:44 59 yaşın mübarək, Yunus Oğuz! 22 İyul 2019, 22:36 “Şüvəlan” fəaliyyətini dayandırdı 22 İyul 2019, 22:27 Azərbaycanın 6 atleti mübarizəni dayandırdı 22 İyul 2019, 22:13 Bu ölkələrə 10,5 milyon avro yardım edilir 22 İyul 2019, 21:58 87 dövlət əmlakı hərraca çıxarıldı 22 İyul 2019, 21:43 Azərbaycan komandası ilk oyunda uduzdu 22 İyul 2019, 21:29 Əli Babacanın  partiyasında bu şəxslər təmsil olunacaq 22 İyul 2019, 21:14 Nazir səfirlə müzakirə  apardı 22 İyul 2019, 20:59 “Bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır” - Əli Həsənov 22 İyul 2019, 20:44 Prezident mühüm qanunu imzaladı 22 İyul 2019, 20:29 Hacıqabulda 5 otaqlı ev yandı 22 İyul 2019, 20:16 Arvadını qətlə yetirən şəxsin istintaqı yekunlaşdı 22 İyul 2019, 20:01 "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir" - Mübariz Qurbanlı 22 İyul 2019, 19:45 Azərbaycan “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulur 22 İyul 2019, 19:35 Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ 22 İyul 2019, 19:30 İki qadın güləşçimiz gümüş medal qazandı 22 İyul 2019, 19:25 “Akkord” dezinformasiyalara aydınlıq gətirdi   22 İyul 2019, 19:16 Baş Prokurorluq jurnalistləri təbrik etdi 22 İyul 2019, 19:05 Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir 22 İyul 2019, 18:56 Pendir alarkən və istehlak edərkən nəyə diqqət etməli? 22 İyul 2019, 18:47 “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir” - Əfqan Abdullayev 22 İyul 2019, 18:38 BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib - FOTO 22 İyul 2019, 18:27 Prezident həmkarını təbrik edib 22 İyul 2019, 18:18 Ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı - FOTO   22 İyul 2019, 18:09 “Nar” yarışma keçirdi 22 İyul 2019, 18:00 Lənkəranda tank əleyhinə mina aşkarlanıb - FOTO 22 İyul 2019, 17:50 "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır" - Ceyhun Bayramov 22 İyul 2019, 17:42