Arxiv
16 İyul 2019, 16:18 | PARLAMENT
“Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdir” - Deputatlardan Konqresin qərarını REAKSİYA

ABŞ Konqresi son günlər erməni diasporuna yaxınlığı ilə tanınan konqresmenlərin təsiri ilə Qarabağ münaqişəsinə aid 2 düzəliş qəbul edib. Verilən qərarlar ABŞ-ın Azərbaycana silah satmasına məhdudiyyətlər qoyur və Qarabağda münaqişə zonasında atəşkəs rejiminin pozulmasını fiksasiya edəcək lokatorların quraşdırılmasını nəzərdə tutur.

 

Milli Məclisin deputatı Rasim Musabəyov Modern.az-a açıqlamasında Konqresdə Azərbaycana qarşı verilən qərarların cəfəngdən ibarət olduğunu bildirdi.

“Təəssüflər olsun ki, Konqresdə bəzən səsvermədə məntiqə sığmayan qərarlar verirlər. Ümumiyyətlə Azərbaycana ABŞ silah satmır ki, o silaha qadağa qoysun. İkincisi, bizim erməni təyyarələrini vurmaq üçün “xirtdəyə qədər” S-300-dən tutmuş, İsrailin çox müasir sistemlərinə qədər silahımız var. Yəni bizim ermənilərin havada fəaliyyətini kəsmək üçün ABŞ-dan nə isə almağa heç bir ehtiyacımız yoxdur. Sadəcə olaraq ermənilərin “xoşuna gəlmək” üçün cəfəng qərarlar verirlər. O ki, qaldı lakatorlara – onları Azərbaycan ərazisində Azərbaycandan icazə almadan yerləşdirəcəklər? Və bu da cəfəng bir qərardı. Faktiki olaraq, ABŞ heç bir xərc çəkmədən erməni lobbisinə qucaq açır.

 

Deputat ABŞ-ın Ermənustana maliyyə yardımını artırmasına da toxunub.

“Orda ayrı təklif də var idi. Amerikanın Ermənistana maliyyə yardımını 45 milyon dollar artırması ilə bağlı məsələ də danışılmışdı. Bunun da arxasında nəsə durur. Amma hazırda Trump adminstrasiyası bütün bu yardımları kəsib. Hələ heç bir təminat yoxdur ki, bu təklif büdcədə qalacaq. Ələxsus da yardım köçəndə bunun Ağ Ev adminstrasiya tərəfindən həyata keçirilməsi məsələsi var. Qarabağ separatçılarına da 5 milyon dollar vəsait ayrılırdı lakin dövlət departamenti tərəfindən vəsaitin xərclənməsinə yasaq qoyuldu. Ona görə Konqresin bu qərarını çox da şişirməyə dəyməz. Ermənilər də bu mövzunu danışıb görəcəklər ki, bu olduqca “bekar” söhbətlərdir.

 

Deputat Araz Əlizadə isə açıqlamasında bildirdi ki, ABŞ Azərbaycanın heç vaxt dostu olmayıb və olmayacaq.

“ABŞ ümumiyyətlə heç kəslə dost deyil, ancaq öz maraqlarını güdür. O ki, qaldı ermənilərə, ABŞ konqresində 2 milyon yarım mütəşəkkil erməni diaspor qüvvəsi var. Nə demokrat, nə respublikaçılar, nə Trumpı ABŞ-da itirmək istəmirlər. Belə deyək, adətən “it quyrğu ilə oynayar”, burda isə “quyruq it ilə oynayır”. Bu həm də bizim Azərbaycandakı amerikapərəst qüvvələrə yaxşı bir mesajdır ki, əzizlərim, “heç vaxt Roma papasından çox katolik ola bilməyəcəksiz”. Yəni qanınızı da, canınızı da satsanız, siz yenə də Amerika üçün heç nə olacaqsız, necə ki, varsız”.

 

Deputat Fazil Mustafa qeyd edib ki, bu bir başa erməni lobbiləri tərəfindən Amerika Konqresində Azərbaycana qoyulan məhdudiyyətdir.

“Əvvəllər, Azərbaycana başqa məhdudiyyətlər də qoyulmuşdu, amma onun da bir effekti olmamışdı. Mənim fikrimcə, Azərbaycan öz yoluna baxmalıdır. Əslində ABŞ-ın dövlət siyasətinə istənilən ünsürlər təsir göstərə bilirlər, öz maraqlarını Amerika adından gerçəkləşdirə bilirlər. Ona görə də bu bizi çox narahat eləmir. Və biz onsuz da öz hüquqlarımızın, işğalda olan torpaqlarımızın azad olunması və müdafiəsi istiqamətində addımlarımızı özümüz atırıq. Ona görə də bunun elə bir effekti olacağını düşünmürəm. Bu yanlış siyasətdir və düşünürəm ki, Amerika adına utancverici bir addımdır. Çünki işğal olunmuş dövləti işğalçının ayağına vermək biabırçılıqdır”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mən hakimiyyətə işləyirəm" - Fuad Qəhrəmanlının gizli səs yazısı 23 Sentyabr 2019, 23:55 Azərbaycanın terrorçuluğa qarşı mübarizəsi təqdir olunur 23 Sentyabr 2019, 23:36 Kürdəmirdə 1 yaşlı uşaq ürəktutmasından ölüb 23 Sentyabr 2019, 23:19 Əfqanıstanda hava limanında atışma 23 Sentyabr 2019, 23:03 Yerə nəhəng asteroid yaxınlaşır 23 Sentyabr 2019, 22:50 Azərbaycanda 7 ayda 33 647 ölüm halı qeydə alındı 23 Sentyabr 2019, 22:31 Bakıda gənc qadın itkin düşüb 23 Sentyabr 2019, 22:14 4 ballıq  zəlzələ Gürcüstanı silkələdi 23 Sentyabr 2019, 21:57 Ermənistanın məsuliyyətsiz davranışı sülh danışıqlarını şübhə altına salır 23 Sentyabr 2019, 21:43 "Qarabağ" daha bir qələbə qazandı 23 Sentyabr 2019, 21:27 Kürdəmirdə kütləvi dava: yaralılar var 23 Sentyabr 2019, 21:14 Salyana yeni rəis təyin olundu 23 Sentyabr 2019, 20:58 Azərbaycan Səudiyyə Ərəbistanı ilə 8 yeni saziş üzərində işləyir 23 Sentyabr 2019, 20:46 Putin Ermənistana gedir 23 Sentyabr 2019, 20:30 Bakıda qayınata gəlinini baltalayaraq öldürüb 23 Sentyabr 2019, 20:17 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı 23 Sentyabr 2019, 20:03 “Əfqan Muxtarlı aclığa başlayıb” - Penitensiar Xidmət 23 Sentyabr 2019, 19:58 Bakı Dəmiryolu Vağzalında fəhlə yıxılaraq xəsarət alıb   23 Sentyabr 2019, 19:49 Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb 23 Sentyabr 2019, 19:40 Kişinin başına dəmir parçası düşdü   23 Sentyabr 2019, 19:29 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu - FOTO 23 Sentyabr 2019, 19:20 Məmmədyarov həmkarı ilə görüşdü 23 Sentyabr 2019, 19:09 Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO 23 Sentyabr 2019, 19:00 Nazirlər Kabinetində büdcə müzakirələri 23 Sentyabr 2019, 18:53 Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü 23 Sentyabr 2019, 18:44 “Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR   23 Sentyabr 2019, 18:35 Görmə qabiliyyətini yaxşılaşdıran 6 QİDA 23 Sentyabr 2019, 18:26 Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub - VİDEO 23 Sentyabr 2019, 18:15 Oqtay Əsədov qızıl medalla təltif olundu 23 Sentyabr 2019, 18:06 Elmar Məmmədyarov argentinalı nazirlə əməkdaşlığı müzakirə etdi 23 Sentyabr 2019, 17:58 Manatın sabahkı məzənnəsi necə olacaq... 23 Sentyabr 2019, 17:42 Müəllimlərin işə qəbulunun II turu üzrə nəticələr açıqlandı 23 Sentyabr 2019, 17:36 Ağacın dibini betonlayan şəxs cəzalanıb 23 Sentyabr 2019, 17:35 ADU-da Ülvi Bünyadzadənin 50-ci ildönümü anılıb 23 Sentyabr 2019, 17:33 Deputatlar vəsiqənin girov qoyulmasını pislədilər: “…özünə hörmət etməlidir!” 23 Sentyabr 2019, 17:26