Modern.az

İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib

İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib

20 İyul 2019, 09:15

Belarusun paytaxtı Minskdə qurulan məhkəmə azərbaycanlı "qanuni oğru" Rəşad İsmayılovun (Rəşad Gəncinski) 10 il  müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Modern.az xəbər verir ki, Rusiya vətəndaşı olan Rəşad Moskvada yaşayır, evli və dörd azyaşlı uşağı var. 

Rəşad Gəncinski ötən ilin noyabr ayında iki əlaltısı ilə qanunsuz silah və narkotik dövriyyəsinə görə saxlanılıb. Onların üzərinə baxış zamanı Makarov, TT tapançaları və 14 güllə aşkar olunub. Bundan əlavə, onlardan həşiş də götürülüb.

Bundan başqa, məlum olub ki, kriminal avtoritet Belarusa saxta Rusiya pasportu ilə keçib.

Cinayət işi üzrə təqsirləndirilən ikinci şəxs - Rəşad Gəncinskinin sürücüsü olmuş Belarus vətəndaşı Vaydar Məmmədov 8 il həbs cəzasına məhkum edilib. Bu işdə iştirak edən üçüncü şəxs Dmitri Qritsuk 6 il həbs cəzası alıb.

 
"Mən mədəni və ləyaqətli bir ailədənəm, iki arvadım, dörd uşağım var”, - azərbaycanlı “qanuni oğru” məhkəmədə son söz deyərkən bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü