Modern.az

İlham Əliyevin Almaniyaya səfəri Bakı-Berlin əlaqələrinə yeni təkan verəcək

İlham Əliyevin Almaniyaya səfəri Bakı-Berlin əlaqələrinə yeni təkan verəcək

Aktual

Bu gün, 13:55

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniya Fedeativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir. 2004-cü ildə Prezidentin Almaniyaya ilk rəsmi ilə başlanan ali səviyyədə siyasi dialoq bütün federal kanslerlər və federal prezidentlərlə davam etdirilmişdir. Federal Kansler Fridrix Mertsin dəvəti ilə baş tutan bu səfər Prezident İlham Əliyevə göstərilən yüksək etimadın, ölkəmizə etibarlı tərəfdaş kimi verilən dəyərin göstəricisidir. Rəsmi və işgüzar səfələrin sayına görə 18-ci olan bu səfər Bakı və Berlin arasında yüksək səviyyəli dialoqun intensivliyini bir daha təsdiqləyir. 2018-ci ilin avqustunda Federal Kansler Angela Merkel, 2020-ci ili  aprelində Federal Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana etdiyi səfərlər də ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyətin göstəricisidir.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib. 

O qeyd edib ki, Prezident İlham Əliyev həm də  beynəlxalq Münxen Təhlükəsizlik Konfransında məmnuniyyətlə dəvət ediilən və dinləniləcək ali qonaqlar arasında yer alır:

"Prezident İlham Əliyevin Almaniyaya  iyulun 20-də başlayan bu rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər Azərbaycan–Almaniya əməkdaşlığının geniş gündəliyini əhatə etməklə yanaşı, Avropa ilə tərəfdaşlığımızın daha da dərinləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu səfər həm də Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin möhkəmlənməsinə, enerji tədarükü və təhlükəsizliyi, logistika, investisiya və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə töhfə kimi dəyərləndirilir. Azərbaycanın ərazisinin işğalına son qoyması ilə ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni siyasi reallıqlar həm ikitərəfli münasibətlər, həm Avropa İttifaqı ilə münasibətlər kontekstində,  elədə də Almaniya və Avropa İttifaqının Mərkəzi Asiya ilə intensivləşən iqtisadi ticarət əlaqələri prizmasında əməkdaşlıq və tərəfdaşlıq üçün unikal imkanlar yaratmışdır. Burada Orta Dəhliz,  Azərbaycanın yaratdığı infrastrukturla təklif etdiyi tranzit imkanlar Berlin və Brüssel üçün olduqca əhəmiyyətlidir. Yaxın Şərqdəki hərbi gərginlik, Rusiya-Ukrayna müharibəsi Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə münasibətlərini yeni siyasi reallıqlar kontekstində təftiş etməyə, yeni çağırışları nəzərə almağa vadar edir".

Deputat bildirib ki, Almaniya Azərbaycanın Avropada əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi dialoq, iqtisadiyyat, enerji, sənaye, nəqliyyat, logistika, təhsil və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir:

"Xüsusilə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniyada da yüksək qiymətləndirilir.

Bugünkü geosiyasi şəraitdə əməkdaşlığın yaşıl enerji, hidrogen iqtisadiyyatı, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar, sənaye kooperasiyası, Orta Dəhliz və logistika kimi yeni istiqamətlər üzrə genişləndirilməsi üçün böyük imkanlar yaranıb.

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən etibarlı nəqliyyat və enerji qovşağı kimi Almaniya biznesi üçün də cəlbedici tərəfdaşdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də yaşıl enerji layihələri alman şirkətlərinin iştirak edə biləcəyi perspektivli sahələrdir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin bu rəsmi səfəri siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, qarşılıqlı investisiyaların artmasına və Azərbaycan–Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasına mühüm töhfə verəcək. Bu, həm də Azərbaycanın Avropa ilə praqmatik, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlıq siyasətinin növbəti uğurlu təzahürüdür".

Milli Məclisin üzvü vurğulayıb ki, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır:

"2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil edib. Bunun 1,07 milyard avrosu Almaniyanın Azərbaycandan idxalı, 623 milyon avrosu isə Almaniyanın Azərbaycana ixracının payına düşüb.

Almaniya regionda yeganə Xarici Ticarət Palatasını (AHK) 2012-ci ildən Bakıda fəaliyyət göstərir." 20 iyun 2025-ci il tarixinə olan məlumata əsasən, 196 üzv şirkəti ilə bu qurum Azərbaycanda fəaliyyət göstərən ən böyük Avropa biznes birliyidir".

Deputat onu da əlavə edib ki, Azərbaycan Almaniyanın xam neft tədarükü üzrə ilk on tərəfdaşı sırasındadır.

"Bundan əlavə, 2026-cı ilin əvvəlindən etibarən Almaniya Azərbaycandan təbii qaz da idxal edir. SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi uğurla icra olunur.

Ticarət və investisiyalar sahəsində əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan–Almaniya Yüksək Səviyyəli İşçi Qrupu 5 may 2011-ci ildə təsis edilmişdir. İşçi Qrupu öz iclaslarını rotasiya prinsipi əsasında növbə ilə Bakı və Berlində keçirir.

Alman dili Azərbaycanda çoxsaylı məktəblərdə və bir sıra ali təhsil müəssisələrində tədris olunur, ingilis və rus dillərindən sonra ən çox öyrənilən xarici dillərdən biridir. Almaniyada ali təhsil almağa maraq olduqca yüksəkdir. Hazırda Almaniya və Azərbaycan universitetləri arasında 20-dən çox əməkdaşlıq sazişi mövcuddur. 2008-ci ildə Almaniyada Azərbaycan İli keçirilmiş, 2009-cu ildə Almaniyanın Cənubi Qafqazda mədəniyyət həftələri təşkil olunmuşdur", - deyə R.Nəbiyev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi