Modern.az

AZAL jurnalistlər üçün intellektual yarış təşkil etdi - FOTO

AZAL jurnalistlər üçün intellektual yarış təşkil etdi - FOTO

Aktual

Bu gün, 11:35

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün “Fibonacci” intellektual yarışını təşkil edib.

Modern.az xəbər verir ki, tədbirin məqsədi media nümayəndələri ilə intellektual mühitdə bir araya gəlmək, qarşılıqlı dialoqu daha da möhkəmləndirmək və peşəkar əməkdaşlıq münasibətlərinin inkişafına töhfə vermək olub.

“Fibonacci” yarışı media nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, fikir mübadiləsinin təşviqi və peşəkar dialoqun qeyri-rəsmi mühitdə davam etdirilməsi üçün şərait yaradıb.

Ümumilikdə 100 nəfərdən ibarət on beş komanda arasında keçirilən yarış dostluq və sağlam rəqabət şəraitində baş tutub. İştirakçılar aviasiya, məntiq və aktual mövzuları əhatə edən suallar üzrə bilik və analitik düşünmə bacarıqlarını sınayıblar. Yarışın sonunda 1-ci, 2-ci və 3-cü yer üzrə qalib komandalar Azərbaycan Hava Yolları tərəfindən müvafiq olaraq 10 000, 7 000 və 5 000 AZAL milləri ilə mükafatlandırılıblar.

Azərbaycanın milli aviadaşıyıcısı media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığı fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Aviaşirkət ictimaiyyətin operativ və düzgün məlumatlandırılmasında media nümayəndələrinin rolunu yüksək qiymətləndirir, peşəkar dialoqun və uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edən bu kimi təşəbbüslərin davam etdirilməsinə xüsusi önəm verir.

Tədbirin videosunu linkə keçid edərək izləyə bilərsiniz: //youtu.be/OyOuyFo0zqA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi