Arxiv
22 İyul 2019, 10:18 | MEDİA
Uzaqdan Mətbuat günü nostalgiyası... - Türkiyədə darıxan azərbaycanlı xanımlar

Bu gün Azərbaycan Milli Mətbuat gününü bir qrup jurnalist uzaqda qeyd edirik. Bir vaxtlar Azərbaycan mətbuatında önəmli yer tutan, hazırda isə Türkiyədə yaşayan çox sayda həmkarımız var. Onlardan bir qismi hazırda müxtəlif  mətbuat orqanlarının təmsilçiləri olaraq  aktiv jurnalistikayla məşğuldur. Amma uzun illər bu sahədə olub və birdən mətbuatdan çəkilən həmkarlarımız da var. Nə olur olsun, bu gün onların da ürəyi çırpınır. Bir az nostalji yaşayır, bir az duyğulanırlar.  Mən də ölkəsindən və aktiv jurnalistikadan uzaq düşən biri kimi Türkiyədə yaşayan bir neçə həmkarımızla söhbət etdim. Bir az duyğu, bir az sevinc həm də göz yaşı dolu bir söhbət oldu. 

 

"Toxunulmaz sevgi"

Aynur İmran 25 il aktiv jurnalistikayla məşgul olub, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində, ANS və ATV telekanallrında çalışıb. 4 ildən çoxdur Türkiyənin İstanbul şəhərində yaşayır. Hazırda İstanbul Yeni Yüzyıl Unversitetinin Beynəlxalq şöbəsinin rəhbəridir. Aynur Mətbuat günü ilə baglı danışmağa çətinlik çəkir. Göz yaşı boğazında düyünlənən jurnalist deyir ki, mətbuat üçün çox darıxır:
"25 il mətbuatda çalışmışam. Bundan sonra mən 25 il harda işləyə bilərəm? Mətbuat mənim toxunulmaz sevgimdir".
Mətbuatdan uzaq düşdüyü üçün narahat olan Aynur İmranı üzən hazırda bu sahəyə yardımının dəyməməsidir:
“Jurnalistika elə bir sahədir ki, dünyanın harasında olursan ol, ürəyin ölkən üçün çırpınır. Ən çox üzüldüyüm isə mətbuata hazırda bir faydamın dəyməməsidir".
Aynur İmran Mətbuat günündə yaxınları tərəfindən  unudulmadığını desə də, heç kimdən təbrik gözləmir:
"Azərbaycanın və mətbuatımızın xoş günü və inkişafı mənim üçün təbrikdir. Heyif ki, hələ mətbuatımız bayram edəcək durumda deyil". 

 

Jurnalistikadan şahmat müəllimliyinə 

Nigar Ögeday. Biz əslində onu Nigar Almanqızı kimi tanımışıq. 24 il mətbuatda aktiv olaraq çalışıb. Hazırda Türkiyənin İzmir şəhərində yaşayır.

"Arada özəl kurslarda  şahmat dərsi verirdim. Bu il onlar da bağlandı. İndi arada tərcümələr edirəm. Bir də "Türkiwnews" qəzetində yazıram. Mətbuat mənim üçün bir sevdaydı. Düzdü, artıq mətbuatı sevda olacaq səviyyədən salıblar. Heç Türkiyə mətbuatıyla Azərbaycan mediası arasında da ciddi fərq görmürəm. Hər iki mətbuat fərqli yerlərdən idarə olunur. Ya iqtidar ya müxalifət. Çox az sayda müstəqil mətbuat qalıb. Ona da şükür edirik ki, var".

Nigar hazırda çalışmasa da, özünü mətbuatdan kənarda görmür. Sosial şəbəkələr onun üçün meydan olub.
"İndi fikirlərimi sosial şəbəkələrdə yazmaqla təsəlli tapıram. Bəzən özümü qəzetdə işəyən kimi görürəm. Özəl xəbərlər yazıram. Çünkü mətbuat üçün çox darıxıram. Durmadan işləyirdik, bir baxırdım AXC-dəyəm, bir baxırdım AMİP-dəyəm. Siyasi juralistikayla məşğul olduğum üçün axşamacan partiyaları gəzir, sonra redaksiyaya qayıdırdım. Xəbəri yerindən öyrənirdik. Telefon jurnalistikasıyla məşğul deyildik".  

 

Evdar "Kamerton"


Gülnarə Məmmədovanı daha çox ANS televiziyasının ekranlarından tanımışıq. "Kamerton", "Xonça" verlisləri ilə Azərbaycan mədəniyyətini, "Qonaqlıq" verilişi ilə isə mətbəximizi təbliğ etdi. Onu ekranlarda 4 zərif xanımın aparıcılıq etdiyi "Zərif Çərşənbə" verlişində isə tamam başqa aspektdən tanıdıq. 1995-ci ildən ekranaların gülən üzü olmuşdu. Amma birdən getdi və biz bir daha onu Azərbaycan mediasında görmədik.
Günlarə Məmmədova  deyir ki, əslində mətbuatdan vaxtında uzaqlaşıb:

"Bəzən darıxıram, amma sonra bizdəki yeni verilişləri izləyəndə vaxtında uzaqlaşmışam deyirəm. Biz çətin şərtlərlə işləyirdik, məsuliyətliydik. Ağzımızdan çıxan hər sözə görə məsuliyyət daşıyırdıq. İndi elə deyil. Kim nə istəyir yazır, kim nə istəyir danışır".

Gülnarə Məmmədova  4 ildir evdar xanımdır: "Türkiyədə işləmək istəyərdim. Məncə burda vəziyyət bizə nisbətən daha yaxşıdır, həm maddi, həm də texniki cəhətdən. Azərbaycan mətbuatından da bir neçə dəvət aldım. Amma razılaşmadım. Hətta bir işə başladıq, sonlandırdım. Danışılacaq çox sey var, amma bu gün istəmirəm. Həmkarlarımıza uğurlar arzu edirəm". 

Sadəcə İlhamə...

İlhamə Novruzova hazırda Türkiyənin İstanbul şəhərində yaşayır. Bir ildir ki, İstanbulda  6 türkdilli ölkənin qadınlarını birləşdirən Türk Dünyası Qadın Platformasının (TÜRKAP) sədridir. Eyni zamanda, yaratdıgı "Lady radio”ya rəhbərlik edir. Azərbaycan mətbuatında 26 illik yolu var.  Deyir ki, 26 ildə heç bir zaman qələminə xəyanət etməyib:
“ASA Jurnalistika Məktəbində 6 il ərzində 2000-dən artıq tələbə yetişdirdik. Məntiqlə heç olmasa, 20 tələbəm məni təbrik edər. Amma və lakin... Önəmli olan budur ki, mən onların uğurlarında, jurnalistikaya daha fərqli baxış bucaqlarının formalaşmasında öz payımı görürəm və bilirəm! Bu da Milli Mətbuat günündə mənim şəxsi uğurumdur".

İlhamə Novruzova da Azərbaycan mətbuatı üçün darxır. Deyir ki, harda olursan ol, vətənin yeri fərqlidir. Amma incik düşdüyü məqamlar da var:
"Darıxıram da, darıxmıram da... Qələmimin zamanla korşalması qədər heç nə qorxutmur məni... Doğrudan, bəlkə esselər-filan yazmaq yaşım yetişib artıq. CV-im yetərincə həcmlidir. Qəzetlər, televiziyalar, layihələr, çeşidli vəzifələr... Və zaman-zaman eşitdiyim difiramblara rəğmən heç zaman “layiq görülmədiyim” rəsmi mükafat və adlar. Amma həmişə deyirəm, jurnalistikada ən önəmlisi qələm sahibinin öz adıdır. Mən də sadəcə İlhamə Novruzovayam".

"Kolxozçu", "Göyərçin" və  unudulmaq...

Onu 20 ildən çoxdu tanıyıram. Jurnalistikanın "fəhlələrindən" idi. 1996 ci il iidi. Demək olar ki, hər addımda rastlaşırdıq. Mitinqlər, hadisələr, məhkəmə binalarının önündə prosesləri izləyərdik. O da birdən çəkildi. Şeyda Nəsibli Ankarada yaşayır, işləmir. Öz təbirincə desək,  uşaqlarını böyütməklə məşğuldur.  O, təbrik gözləyənlərdəndir:
“Sadəcə sosial şəbəkədəki dostlarımdam gözləyirəm təbriki. Keçmişdə çoxu ilə birlikdə işləmişəm".
Şeyda da mətbuat üçün darıxanlardandı: "1984-cü ildə o zamanın "Göyərçin" uşaq jurnalında, sonra Cəbrayıl rayonunun "Kolxozçu" qəzetində yazılarım çıxardı.  1996 -2006-cı illər arasında isə "Millət", "Bu gün" qəzetlərində işləmişəm.  Darıxmıram desəm, yalan olar. Bəzən burnumun ucu göynəyir. Biz yazdıqlarımızla var olan insanlarıq. Bu gün cox duyğulandım. Unudulmamaq gözəl hismiş"...

 

"Ekonomik" qız...

Leyla Tağıyeva. Azərbaycanda müxtəlif mətbuat orqanlarında çalışıb. Biz isə onu ANS televiziyasının "İqtisadiyyat" xəbərlərindən tanımışıq. Təmkinli görünüşü, mədəniyyəti və iqtisadi bilikləri ilə fərqlənən jurnalist idi. Amma o da bu sahədən getdi. Hazırda Türkiyədə sənaye istehsalatıyla məşğul olan bir şirkətin ixracat müdiridir. Bu gün kimsədən təbrik gözləmir.

“Uzun illərdir yoxam, hətta məni xatırlayan olanda təəccüblənirəm" deyir. Leyla Tağıyeva mətbuat günündə Azərbaycan və Türkiyə arasındakı mətbuatın fərqlərindən danışır:

"Türkiyədə jurnalistika həqiqətən dördüncü hakimiyyətdir. Freedom House ilk dəfə 2018-ci ildə Türkiyə mediyasını “qeyri-azad”kimi səciyyələndirsə də, demokratik cümhuriyyətin və jurnalistikasının köklü tarixi bu gün də onu gücündən tam məhrum edilməyə qoymur. Dərindən düşünsək, əslində 134 media mənsubunun həbsdə olması faktının özü də bu ölkədə jurnalistikanın təsir gücünün bilvasitə etirafıdır. Həbsdəki jurnalistlər arasında bu gücü sui-istifadə edənlər də olub, doğru istifadə edib hədəfini qıcıqlandıranlar da... Türkiyə jurnalistikasında belə bir güc var! Ona görə də jurnalistika bu ölkədə daha sayğın bir peşədir. 2000-ci illərdə Mehmet Barlasa nazir vəzifəsi təklif ediləndə, o, “mən siyasətçi deyiləm, jurnalistəm” deyərək, bu təklifi qəbul etməmişdi. Azərbaycanda isə aktiv jurnalistikanı bir çoxları karyerasında tramplin olaraq görür, bir müddət işlədikdən sonra ya akademik fəaliyyətə, ya da dövlət orqanlarında işə keçməyə çalışır, buna nail ola bilməyənlərin karyerası uğursuz sayılır. Halbuki, xüsusilə siyasət və iqtisadiyyat jurnalistikasında sözünün kəsəri, görüşlərinin əsaslı, heç olmasa suallarının maraqlı olması üçün jurnalistin təcrübəsi önəmli rol oynayır.
Türkiyə mediasında bu gün də aktiv olan Sami Kohenin 91, Güneri Civaoğlunun 79, adını az öncə çəkdiyimiz Mehmet Barlasın 77, Melih Aşıkın 76  yaşı var. Təsəvvür edirsiniz, Sami Kohen 1954-cü ildən bəri fasiləsiz olaraq “Milliyet” qəzetinə yazır.
Azərbaycanda jurnalistikanı mötəbərləşdirmək üçün təhsil və səhiyyə ilə bərabər, media da az məvacibli sektorlar arasından çıxmalıdır ki, insanlar on illərlə aktiv jurnalist işləməyi fəxr saysınlar və başqa sahələrdə uğur qazanmış, intellektual olaraq daha hazırlıqlı mütəxəssislər mətbu və elektron kütləvi informasiya vasitələrində öz baxışlarını hər hansı bir janrda ifadə etməyə təşviq olunsunlar".

Bu başqa bir Leyla... 

Leyla Karaman da İstanbulda yaşayır.  2007-ci ilədək Azərbaycan mətbuatında çalışıb. Artıq İstanbulda bir Prodoksiyon firmasında menecerdir.

"10 ili Azərbaycan mətbuatında işləyən biri kimi çox darıxıram. Bəzən oturub keçmişi düşünürəm, iş yoldaşlarımı, reportajlarımı. Duyğulanıram, amma həyat bəzən planladığımız kimi olmur".
Leyla Mətbuat günündə həmkarlarını təbrik edir: "Bütün mətbuat işçilərini təbrik edirəm. Amma  mən də təbrik gözləyirəm. İnsan uzaq ölkədə kiçik bir təbrik mesaji ilə xoşbəxt olur".

Əsində Türkiyədə yaşayan həmkarlasrımız  onlarla bitmir. Mən sadəcə çox azı ilə söhbət edə bildim. Uzun illər "525-ci qəzet”də çalışan həmkarımız İlhamə Qasımlı, AzTV-dən tanıdığımız Esmira Çərkəzqızı, ANS-dən xəbər aparıcısı Pərvanə Sabirqızı, yazılı mətbuatdan tanıdığımız Elza Alışova, Şəhla Abusəttar və usta yazarlarımız İbrahim Nəbioglu, Sevil Nuriyeva... Adını yazmadığım digər həmkarlarımızı təbrik edirəm.  Biz Türkiyədə əslində böyük bir gücük. Biz mətbuat olaraq bir diasporuq... 

Və uzaq ölkədə həmkarlarımızı təbrik edən, 1995-ci ildə “Pres Fakt” qəzeti ilə mətbuata ayaq basan Mən - İstanbuldan

 

Məhsəti Şərif... 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
206 əcnəbi Azərbaycandan qaçqın status almaq istəyir - RƏSMİ 21 Avqust 2019, 08:28 Çempionlar Liqasında pley-off: 3 oyun keçirildi, bu gün daha 3-ü olacaq - TƏQVİM 21 Avqust 2019, 08:19 Manat bu gün hansı məzənnə ilə satılacaq... 21 Avqust 2019, 08:08 Güclü yağış 4 nəfərin ölümünə səbəb oldu 21 Avqust 2019, 00:44 Xırdalanda "Mercedes" yolda qazılan xəndəyə düşdü 21 Avqust 2019, 00:20 Leyla Əliyeva müalicə alan uşaqlara baş çəkdi - FOTOLAR 21 Avqust 2019, 00:03 Azərbaycan nefti bahalaşdı 20 Avqust 2019, 23:47 Ermənilər Ağdamda yanğın törətdi 20 Avqust 2019, 23:32 Tramdan Rusiyaya jest: "G8-ə qayıdın" 20 Avqust 2019, 23:15 Naxçıvan əhalisinin sayı artıb 20 Avqust 2019, 22:59 Norveç ikili vətəndaşlığa icazə verəcək 20 Avqust 2019, 22:44 Qaçaqmalçılardan 5 milyonluq kitab götürüldü: Əlyazmanın 5 min yaşı var 20 Avqust 2019, 22:29 Napoleon da tarixin qumsallığına gömülür 20 Avqust 2019, 22:23 Qubada dağlıq ərazidə başlayan yanğın söndürüldü 20 Avqust 2019, 22:07 Gənclərin sosiallaşması...  20 Avqust 2019, 21:44 Qabil Hüseynlidən müxalifətə ÇAĞIRIŞ:Dəfnə gəlməyin! 20 Avqust 2019, 21:33 Som “üzən məzənnəyə” keçən kimi batır 20 Avqust 2019, 21:19 Qaradağda ana və azyaşlı oğlunu yük maşını vurdu 20 Avqust 2019, 21:04 Dövlət Gömrük Komitəsindən iddialara CAVAB 20 Avqust 2019, 20:49 Helikopter dənizə düşdü: ölənlər var 20 Avqust 2019, 20:33 Sərnişinlə dolu avtobusu girov götürən belə zərərsizləşdirildi - VİDEO 20 Avqust 2019, 20:17 Xaçmazda 38 yaşlı kişi istirahət mərkəzində öldü 20 Avqust 2019, 20:02 Milyarder Maqomedov qardaşlarına yeni ittiham və... 20 Avqust 2019, 19:40 “Müxalifəti maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan geniş istifadə edilir 20 Avqust 2019, 19:25 Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü 20 Avqust 2019, 19:12 Tramp 10-cu dəfə baba oldu 20 Avqust 2019, 19:03 Paşinyan kəndçini özünə müşavir təyin etdi 20 Avqust 2019, 18:53 Nazir MiQ-29 təyyarəsi ilə bağlı Türkiyə tərəfinə təşəkkür edib 20 Avqust 2019, 18:44 İtaliyanın baş naziri istefa verdi 20 Avqust 2019, 18:20 Efirdə Putinin anasını söyən jurnalist işdən qovuldu 20 Avqust 2019, 18:10 Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10