Modern.az

Rubio: "Tramp Pezeşkianla görüşə hazırdır" 

Rubio: "Tramp Pezeşkianla görüşə hazırdır" 

Dünya

22 Sentyabr 2026, 15:52

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasları çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazırdır. Lakin hazırda belə bir görüş planlaşdırılmayıb.

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio NBC telekanalına açıqlamasında bildirib.

“Biz buna açığıq, amma hələlik heç nə planlaşdırılmayıb. Xüsusilə də belə bir görüşün müsbət nəticəyə gətirib çıxarmaq perspektivi varsa, buna açığıq”, – deyə Rubio bildirib.

Qeyd edək ki, Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. Tramp da sessiyada iştirak edir. ABŞ və İran arasında davam edən gərginlik fonunda iki liderin mümkün görüşü diqqət mərkəzindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı