Modern.az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İordaniya  ilə əlaqələri güclənir

24 İyul 2019, 12:23

23 iyulda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar I. Habaşneh ilə görüş keçirib.

 

Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun Türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib.

 

G.Əfəndiyeva həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bütövlükdə bəşər sivilizasiyasına verdiyi töhfələrdən danışıb.  O, bu mədəniyyətinlərin bir araya getirilməsinin, onların sahib olduğu dəyərləri beynəlxalq aləmdə tanıdılmasının vacibliyindən bəhs edib.

 

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar I. Habaşneh türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Fondun təsis edilməsinin əhəmiyyətini vurğulayaraq, təşkilatın fəaliyyətini yüksək giymətləndirib. Bu xüsusda səfir ərəb və türk dünyasına məxsus mədəni irsin təşviq edilməsinin vacibliyini dilə gətirərək,  İordaniya Respublikası ilə Azərbaycan və təşkilata digər üzv dövlətlərlə mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinə önəm verdiyini bildirib.

 

Sonda, İordaniya Haşimilər Krallığı ilə Fond arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılaraq, işbirliyinin daha da inkişafına və birgə layihələrin uğurla icra ediləcəyinə  əminlik ifadə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir