Modern.az

FHN-ə yeni mətbuat katibi təyin olundu

FHN-ə yeni mətbuat katibi təyin olundu

24 İyul 2019, 12:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub. Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.

 

Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb.

Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

FHN-dən Modern.az-a təyinatı təsdiqləyiblər.

 

G.Mehdiyeva mətbuat katibi olaraq ilk açıqlamasını Modern.az-a verib. O, rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:

 

“Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu