Modern.az

Şəkidə avtomobillər toqquşdu - Biri yanıb kül oldu

Şəkidə avtomobillər toqquşdu - Biri yanıb kül oldu

Hadisə

Bu gün, 19:23

Şəkidə iki avtomobil toqquşub, biri yanıb.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şəkinin Küdürlü kəndində qeydə alınıb.

Belə ki, 46 yaşlı Cəsarət Ağalarova məxsus “QAZ-24” və 59 yaşlı Səfər Şabanova məxsus “Ford” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “QAZ-24”də yanğın başlayıb. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yanğın FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə zamanı 1 nəfər - “Ford”da olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...