Modern.az

Rusiyada qadın hərbçilərin yaş həddi artırılır

Rusiyada qadın hərbçilərin yaş həddi artırılır

Dünya

9 Oktyabr 2026, 22:11

Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə olmanın yuxarı yaş həddinin 45-dən 50-yə qaldırılması planlaşdırılır.

Modern.az xəbər verir ki, Rusiya hökuməti bununla bağlı Dövlət Dumasına qanun layihəsi təqdim edib.

Qanun layihəsində qadın hərbçilərin hərbi xidmətdə olmalarının maksimum yaş həddinin 50 yaş müəyyən edilməsi nəzərdə tutulur.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, müvafiq qanun layihəsi qadın hərbçilərin sosial müdafiə imkanlarının genişləndirilməsi məqsədilə hazırlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!