Modern.az

İcra Başçısı “Binəqədi könüllüləri” ilə görüşdü

İcra Başçısı “Binəqədi könüllüləri” ilə görüşdü

Aktual

24 İyul 2019, 16:28

24 iyul 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən  17-ci qrup "Binəqədi könüllüləri" ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, BRİH başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçi Kənan Kərimov  və 17-ci qrup " Binəqədi könüllüləri " iştirak ediblər.  

 

Görüşü açıq elan edən Elxan Allahverdiyev gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. E.Allahverdiyev son illərdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini bildirdi. Natiq gənclərin könüllü olaraq məhz Binəqədi rayon İcra Hakimiyyətini seçməsi sevdirici hal olduğunu bildirdi və onlara bu işdə uğurlar dilədi.

 

Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.       

 

Sonda könüllülərə sertifikatlar təqdim edildi, xatirə şəkli çəkildi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı