Arxiv
26 Avqust 2019, 11:26 | AKTUAL
Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik HAQQINDA

Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Trend İnformasiya Agentliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, ondan özü, fəaliyyəti, ailəsi, onun həyati dəyərləri barədə danışmasını xahiş edib.

Mehriban Əliyevanın Trend-ə göndərdiyi məktubu Modern.az saytı oxuculara təqdim edir.

"Əvvəlcə, bu günlərdə mənə ünvanlanmış təbriklərə görə hamıya ürəkdən dərin minnətdarlığımı bildirirəm. Sizin səmimiyyət və mehribanlığınız, dəstək və sevginiz məni dərindən təsirləndirib. Sadə əməyimi qiymətləndirən, ideallarıma inanıb onu bölüşən hər kəsə minnətdaram. İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir.

Mən ənənəvi dəyərlərin əsas götürüldüyü Azərbaycanın ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatmışam. Bizi, gənc nəsli böyüklərin nüfuzunun və davranışının ən yaxşı nümunə olduğu, ailənin hər bir kiçik üzvünə üzərinə düşən məsuliyyəti daşımağın öyrədildiyi böyük və möhkəm ailədəki ab-hava formalaşdırıb.

Yaşa dolduqca böyükləri, valideynləri anlamağa başladım, onlara sonsuz minnətdarlıq hissi duydum. Çünki onlar həqiqətə və mənəviyyata can atmağı öyrətdilər. Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur.

Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il ötür. Onun yoxluğunu hər zaman hiss edirəm.

Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır. Onun elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çox yazılıb. Atamın insani keyfiyyətləri – onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur.

Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir.

Ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir.

Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim – müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır. Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır.

O, bu son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə, öz xalqının dəstəyindən, inamından və sevgisindən.

İnanıram ki, xoşbəxt şəxsi ailə həyatı, sevgi və qarşılıqlı hörmət ab-havası da burada əvəzolunmaz rol oynayır.

Mən öz övladlarımla fəxr edirəm. İlk növbədə, ona görə ki, onlar nəcib və ləyaqətli insan kimi böyüyüblər. Onların hərəkətlərinə görə heç vaxt utanc və məyusluq hissi keçirməmişəm. Çünki Leyla, Arzu və Heydər öz işinə, təhsilinə ciddi və məsuliyyətlə yanaşır, ailə ənənələrini yüksək tutur, hörmət bəsləyir, onların dəqiq mənəvi amalları var. Xoşbəxtəm ki, övladlarım xeyirxah və başqalarının dərd-sərinə biganə qalmayan insanlardır. Mən onlara inanıram, çünki dürüstlük və ləyaqətlə yanaşı, bu həyatda ən yaxşı bələdçi – insanlıq və şəfqətdir.

Mən nadir hallarda müsahibə verirəm və özüm haqqında danışmağı xoşlamıram. Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa – bu, mənim üçün ən yüksək mükafatdır.

Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir.

Şübhəsiz ki, hər bir uğur və nailiyyət komanda işindən asılıdır. Fəxr edirəm ki, bütün bu illər ərzində mənimlə çiyin-çiyinə parlaq, istedadlı, məqsədyönlü, zəhmətsevər, həssas insanlar mənim məsləkdaşlarım, həmfikirlərim olublar. Onların hamısına – uzun illər ərzində işlədiyim hər kəsə, bizim layihələrə və təşəbbüslərə heç olmasa bircə dəfə qoşulanlara dərin təşəkkürümü və ehtiramımı bildirirəm.

Ən yaxşı xüsusiyyətlərini əsrlər boyu qoruyub saxlamaq istedadına, qəhrəmanlığına, doğma torpağa sədaqətinə, xeyirxahlığına və qəlbinin genişliyinə görə Azərbaycan xalqına, ölkəmizin hər bir vətəndaşına səmimi qəlbdən minnətdarlığımı bildirirəm!

Qoy, Uca Allah hər birinizi və bizim gözəl Vətənimizi qorusun!

Sevgi və səmimiyyətlə, sizin Mehriban Əliyeva".

Modern.az-ın kollektivi Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir və onun ünvanına gələn çoxsaylı xoş və səmimi arzulara qoşulur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Məsimli: “Gələn ilin büdcəsində sosial xərclərə daha çox vəsait ayrılacaq” 17 Sentyabr 2019, 10:51 Putinin “Quran”dan sitat gətirməsi nəyə işarədir? - Liderlərin görüşünün PƏRDƏARXASI 17 Sentyabr 2019, 10:50 Bakıda keçmiş arvadını və polisləri yandırmaq istəyən şəxs tutuldu 17 Sentyabr 2019, 10:39 Balakəndə naməlum xəstəlik aşkarlanıb? - Səhiyyə Nazirliyindən AÇIQLAMA 17 Sentyabr 2019, 10:33 Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI 17 Sentyabr 2019, 10:27 1-ci sinfə şagird qəbulunun vaxtı uzadıldı 17 Sentyabr 2019, 10:21 Gənc Tamaşaçılar Teatrının tavanı çöküb 17 Sentyabr 2019, 10:17 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 17 Sentyabr 2019, 10:13 Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ 17 Sentyabr 2019, 10:05 Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi 17 Sentyabr 2019, 09:58 Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI - YENİLƏNİB 17 Sentyabr 2019, 09:41 Ermənilər atəşkəsi 22 dəfə pozdular 17 Sentyabr 2019, 09:35 Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ 17 Sentyabr 2019, 09:31 Telejurnalist Aytəkin Alxaslı təltif olundu - FOTO 17 Sentyabr 2019, 08:19 Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil” 17 Sentyabr 2019, 08:14 Bu günün məzənnəsi necə olacaq? 17 Sentyabr 2019, 08:06 Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01