Arxiv
4 Sentyabr 2019, 10:11 | ÖLKƏ
Din xadimindən təmtəraqlı ehsan verənlərə növbəti ÇAĞIRIŞ

Yas mərasimlərinin təmtəraqlı keçirilməsi uzun müddətdir ictimaiyyət arasında müzakirə olunur. Əksər hallarda ehsan adı ilə açılan süfrələr təmtərağı ilə heç də toy masasından seçilmir. Bəlkə də zamanında mərhum o cür təmtəraqlı süfrə görməyib.
Bir müddət əvvəl rəsmi qurumlar tərəfindən yas mərasimlərindəki təmtərağın yığışdırılması tövsiyə olundu, buna bəzi yerlərdə əməl edilsə də, sonradan hər şey unuduldu.

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a deyib ki, QMİ dəfələrlə tövsiyələrində  yas mərasimlərində ehsan süfrəsi açılarkən israfçılığa yol verməməyi bildirib:

“İsrafçılığı dinimiz də qadağan edir. Ehsan adı ilə israfçılıq etmək, təmtəraqlı süfrələr təşkil etmək qətiyyən düzgün deyil. Bu, ehsanın mahiyyətinə ziddir. Ehsan dünyadan köçmüş insana savab hədiyyə edilməsi üçündür. Ancaq bu bir rəqabət biznesinə çevrilib. İnsanlar bir-birinin bəhsinə girib, lüzumsuz israfçılığa yol verirlər. Fikirləşirlər ki, filankəsə halal olsun, yas mərasimində nə gözəl ehsan verdi. Sanki şan-şöhrət qazanmaq üçün təmtaraqlı süfrə təşkil edirlər. Fikirləşmirlər ki, belə etməklə  mərhuma heç nə qazandırmırlar. Əksinə,  israfçılıq edib, xoş olmayan əməl sahibi olurlar”.


Hacı Şahin qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin çağırışlarına əməl edənlər də var:

“Bu hal bizi sevindirir. Xeyli dərəcədə bu mövzuda irəlləyiş hiss olunur. Müəyyən bölgələr var ki, orda  insanlar könüllü şəkildə təmtəraqdan imtina edirlər. Bəzi yerlərin ağsaqqaları bir araya gəlib,  israfçılıq olmasın deyə ehsanların yığışdırılmasına nəzarət edirlər. Ancaq təmamilə ehsanı yığışdırın deyə bir qayda, əmr yoxdur. Sadəcə süfrədə çay, xurma, halva verilməsi daha məqsədəuyğun olar. Bu həm yas mərasimini keçirən şəxsə sərf edər, həm də mərhuma çəkilən xərclərin qarşılanmasına səbəb olar. Azərbaycan qanunvericiliyində ehsanı  qadağan edən bir müddəa yoxdur. Hər  bir halda bu məsələ insanların öz  ixtiyarına  buraxılsa da, dinin də göstərişlərini nəzərə almaq lazımdır. Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri tez-tez aparılsa,  daha yaxşı olardı. Çünki adam var kasıbdır, amma istəmir ki, qonşudan geri qalsın. Borc-xərc edib ehsan verir, gerisini düşünmür ki, bu pulu necə qaytaracaq. Ona görə tövsiyə edirik ki, fərqi yoxdur kasıb və ya varlı, hər kəs eyni qaydada sadə ehsan süfrəsi açsın. Burda rəqabət də olmaz, şan-şöhrət də”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rəfael Piriyev deportasiya edilmək üçün Fransadan Almaniyaya GƏTİRİLDİ 15 Noyabr 2019, 19:36 Azərbaycan meyvə-tərəvəz ixracını artırıb   15 Noyabr 2019, 19:20 “Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO 15 Noyabr 2019, 19:10 Bu yollarda sürət həddi endirildi 15 Noyabr 2019, 19:00 Fikrət Məmmədov vətəndaşları qəbul edib - FOTO 15 Noyabr 2019, 18:50 Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08 Manatın üç günlük məzənnəsi AÇIQLANDI 15 Noyabr 2019, 17:06 Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi - FOTO 15 Noyabr 2019, 17:02 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi 15 Noyabr 2019, 16:54 “ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ 15 Noyabr 2019, 16:50 Nümayəndə heyətimiz VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir 15 Noyabr 2019, 16:46 Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI 15 Noyabr 2019, 16:39 Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO 15 Noyabr 2019, 16:17 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Bu il xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu - FOTO 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15