Arxiv
5 Sentyabr 2019, 11:42 | MEDİA
Vahid Əhmədov: “Prezident jurnalistə ev veribsə, aidiyyatı qurumlar da təcili “kupça” işini həll etməlidir!”

Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binadakı mənzillərə iki il keçməsinə baxmayaraq çıxarışların (“kupça”) verilməməsi orada yaşayan KİV əməkdaşlarının narazılığına səbəb olub.

Bəzi saytlarda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə istinadən  həmin mənzillərin “xidməti ev” kimi təqdim olunması məsələni bir qədər də mübahisələndirib. V.Səfərli mətbuata sonrakı açıqlamasında fikirlərinin yanlış anlaşıldığını və yaxın günlərdə sakinlərə “kupça” veriləcəyini vurğulayıb. Bununla belə, mövzu ətrafında açılan müzakirələrdən sonra jurnalistlər ölkə başçısına müraciət ünvanlayıb, problemi onun diqqətinə çatdırıblar.


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, mənzillər Prezidentin jurnalistlərə əvəzsiz hədiyyəsidir:

“Bu sözləri Prezident açılış mərasimində bildirib. Ona görə jurnalistlərə verilən mənzil məsləsinin qabardılması, müzakirəyə çıxarılmasının əleyhinəyəm. Dövlət başçısı humanist bir addım ataraq, insanların mənzillə təmin edilməsi üçün dövlət büdcəsindən vəsait ayırıb. Hər bir insanın ev sahibi olmağa, normal şəraitdə yaşamağa haqqı var. Hamımız evsizlik problemi yaşamışıq, bu periodlardan keçmişik. Ona görə ev alan insanları nələrdəsə ittiham etmək, bunu “qələmi satmaq” kimi qiymətləndirmək yersizdir. O başqa məsələ ki, kimsə nəyəsə görəsə əqidəsindən dönürsə, peşəsindən asılı olmayaraq, bunu normal qəbul etmək olmaz. Jurnalistin bir evə görə əqidəsi dəyişirsə, deməli o, jurnalist deyil və bunu bütün jurnalistlərə şamil etmək olmaz. Əgər jurnalist ağır şəraitdə yaşayır və dövlət başçısı tərəfindən mənzillə təmin olunursa, burada pis niyyət axtarmaq lazım deyil. Prezidentin açılışda iştirakı zamanı “kupça” söhbəti olmamışdı. İndi yersiz maneə yaradıb, lazımsız müzakirələr açmağın yeri yoxdur. Ona görə də istər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, istərsə də aidiyyatı olan digər qurumlar tez bir zamanda sənədləşmə işlərini tamamlayıb sakinlərə çıxarış verməlidirlər”.

 

Parlamentari “xidməti ev” məsələsinə də münasibət bildirib:

“Deyirlər bunlar “xidməti ev”dir. Xidməti ev hərbidə olur. Məsələn, hərbçilərə verilir və hərbi müddəti başa çatdıqdan sonra ev geri təhvil alınır. Jurnalistlər daimi yaşayış yeri olan insanlardır. Onlara verilən mənzilləri “xidməti ev” adlandırmaq doğru deyil. Bu məsələ haradan çıxdı, mən anlaya bilmirəm... Prezident humanist addım atıb, jurnalistlərə ev hədiyyə edibsə, aidiyyatı qurumlar da üzərinə düşəni etməyə borcludurlar. Çirkin söhbətlərlə gözəl işlərə kölgə salmaq olmaz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Qarabağ Azərbaycanındır! İşğala Son Qoy! - Los Ancelesdə - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13 Bakı Ali Neft Məktəbinin startapı ABŞ-da qəbul olunub 23 Sentyabr 2019, 10:10 Mehriban Əliyeva: “Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik” 23 Sentyabr 2019, 10:08 10 milyonuncu sakinimizin yeni FOTOLARI 23 Sentyabr 2019, 09:54 “Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır 23 Sentyabr 2019, 09:44 Ermənistan ordusunun hərbçisi ölüm ayağındadır 23 Sentyabr 2019, 09:36 Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI 23 Sentyabr 2019, 09:33 Ermənilər atəşkəsi 22 dəfə pozdu 23 Sentyabr 2019, 09:29 “Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ 23 Sentyabr 2019, 08:13 Bu gün Azərbaycanda payız başlayır 23 Sentyabr 2019, 07:52 Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01