Modern.az

Gürcüstan Qırmızı Körpüdə ağıllı kamerlar quraşdırıb

Gürcüstan Qırmızı Körpüdə ağıllı kamerlar quraşdırıb

10 Sentyabr 2019, 09:48

Gürcüstan Azərbaycanla sərhəddə ağıllı kameralara quraşdırıb.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, avtomobillərin sürətini ölçən kamerlar azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionun əsas magistralında quraşdırılıb.

 

Tbilisidən Qırmızı Körpüyə uzanan yolda ilk iki kamera Rustavi yolunun 17-20-ci kilometrliyində, daha 2 kamera isə Gürcüstan Daxili İşlər Nazirliyinə Xidmət Agentliyindən Rustavinin Lomauri küçəsinin kəsişməsinə qədər ərazini əhatə edəcək.

Ağıllı kameraların yol qəzalarının sayını azaltmağa xidmət edəcəyi gözlənilir. Bu ilin 6 ayında ölkə yollarında qeydə alınan qəzalarda 224 nəfər ölüb, 3700 nəfər yaralanıb.    

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı