Modern.az

Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib

Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirilib

20 Sentyabr 2019, 14:04

Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Bakıda keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı tədbirdə deyib.

 

Onun sözlərinə görə, Arif Babayev xaricdə müalicə aldığı üçün tədbirə qatılmayıb. Daha sonra Xalq artisti telefon bağlantısı vasitəsilə tədbirə qoşulub və öz fikirlərini bölüşüb.

 

Qeyd edək ki, 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində ayağından əməliyyat olunub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi