Modern.az

Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ

Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ

Aktual

24 Sentyabr 2019, 12:38

Müsavat Partiyası hazırda evində həkim nəzarətində olan, keçmiş müsavatçı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyuba baş çəkmək istəyir.

Bu barədə Modern.az-a partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O bildirib ki, partiya rəhbərliyi Vurğun Əyyubun durumundan xəbərdardır:

“Biz Vurğun bəyə baş çəkmək üçün onun ailəsinə müraciət etmişik. Onlardan cavab gözləyirik və uyğun bir zamanı bildirsələr, Vurğun Əyyubun ziyarətinə gedəcəyik”.

Qeyd edək ki, sabiq TQDK sədrinin durumu ağır olaraq qalır. O, evində həkim nəzarəti aldındadır.

Hazırda evində müalicə olunan Vurğun Əyyubun həkimləri onunla görüşə qadağa qoyublar. Həkimlərin qəti tapşırığına görə, xəstəni narahat etmək olmaz. Vurğun bəyi görmək üçün gedənlər yalnız qapıda ailə üzvləri ilə görüşə bilirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi