Modern.az

Binəqədi İcra Hakimiyyətindən müəllimlər üçün sürpriz gəzinti

Binəqədi İcra Hakimiyyətindən müəllimlər üçün sürpriz gəzinti

7 Oktyabr 2019, 14:12

Oktyabrın 5-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şamaxı rayonuna tur təşkil edilib.

 

Modern.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov,  Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyai və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva, şöbənin baş məsləhətçisi Elnur Məmmədov və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Binəqədi Rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub.

 

Daha sonra Binəqədi rayonu təhsil müəsissələrini təmsil edən pedogoji heyət Şamaxı rayonuna yola salınıb.

Ekskursiya zamanı kollektiv Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi,Böyük mütəfəkkir Seyid Əzim Şirvaninin dəfn edildiyi məqbərə, XIV əsrə aid olan ŞahXanədən Türbəsi ilə tanış olmuş, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin heykəli önünə gül dəstələri qoyub.

 

“Nəsimi ili” çərçivəsində Binəqədi Rayon məktəblilərinin hazırladığı Nəsimi obrazının ifasında şeir və qəzəl nümünələri təqdim edilib.

 


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir