Modern.az

Rusiya BMT-də Türkiyəni dəstəklədi

Rusiya BMT-də Türkiyəni dəstəklədi

12 Oktyabr 2019, 22:53

Rusiya ABŞ-ın BMT Təhlükəsizlik Şurasına Türkiyənin “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı ilə bağlı təklif etdiyi layihəni dəstəkləməyib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik" yayıb.

Məlumata görə, BMT Təhlükəsizlik Şurasında bu gün “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı kontekstində Suriyanın şimal-şərqindəki vəziyyət müzakirə edilib. Müzakirədə ABŞ Türkiyənin Suriyadakı hərəkətlərinə görə narahatlığını dilə gətirən ortaq açıqlama layihəsini təqdim edib.

Türkiyəyə əməliyyata son verilməsi çağırışının qeyd edildiyi layihənin mətnində həmçinin Türkiyəni narahat edən təhlükəsizlik problemlərinin həlli üçün diplomatik kanalların dövrəyə girməsi təklif edilir.

Agentlik layihədə Türkiyənin hərəkətlərinin "işğal" kimi xarakterizə edildiyini də qeyd eedib..

Moskvanın mövqeyinə uyğun gəlməməsi səbəbindən layihəni Rusiyanın dəstəkləmədiyi və qarşı olduğu bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır