Modern.az

Nyu York qatarında sürpriz evlilik təklifi-VİDEO

Nyu York qatarında sürpriz evlilik təklifi-VİDEO

Aktual

13 Oktyabr 2019, 14:31

Nyu York sürət qatarında izmirli Yiğit Sezginin sevgilisinə sürpriz evlilik təklifi sərnişinlərin böyük marağına səbəb olub.

 

Modern.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, 25 yaşlı Y.Sezgin Çin əsilli amerikalı sevgilisi 24 yaşlı Klara Bareyə aylar əvvəl tanış olduqları qatarda gözlənilmədən evlənmək təklif edib.

 

Amerikalılar izmirli gəncin təklifinə heyran qalaraq, onları alqışlayıblar.

 

Nyu Yorkun Larchomnt bölgəsində yaşayan Y.Sezginin sevgilisi ixtisasca memardır. Xanım sevgilisini axşam yeməyinə dəvət edən Y.Sezgin onu ilk dəfə 7 ay əvvəl tanış olduqları Grand Central qatarına mindirib.

 

Maşinistin “Axamınız xeyir, bəylər və xanımlar. Grand Central qatarına xoşgəldiniz. Bu axşam sərnişinlərimiz Klara və Yiğit bizimlə birlikdədir. 7 ay əvvəl bu qatarda qarşılaşdılar və bu gün Yiğitin Klaraya özəl sualı var. Bizlər bu özəl ana şahidlik edəcəyik. Yiğit dostum, söz səndə” anonsunu eşidən Klara təəccübünü və göz yaşalrını gizlədə bilməyib.

 

Maşinistin anonsundan sonra xanıma evlilik təklifi edən Yiğit, Klaranın “hə”sindən sonra üzüyü onun barmağına taxıb.

 

Y.Sezgin ilk görüşdə aşiq olduğu sevgilisi üçün uzun zamandır belə bir plan qurduğunu xatırladaraq, “Bir gün məktəbdən evə gəlirdim. Yorğunluqdan qatarda yatmışdım. Gözümü açanda yanımda Klara vardı. Həmin an ona aşiq oldum. Sağ olsun maşinist xahişimi rədd etmədi və bu an bizim üçün unudulmaz oldu”,- deyib.

 

Klara isə sevgilisinin sürprizinə cavab olaraq “Yiğit möhtəşəm insandır. Onunla qocalmaq istəyirəm. Evlilik sürprizini ömürüm boyu unutmayacağam”,- deyə bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI