Arxiv
23 Oktyabr 2019, 09:55 | HADİSƏ
Akif Əlizadənin bu gün istefa verəcəyi TƏSDİQLƏNDİ - Vitse-prezidentdən AÇIQLAMA

Ölkə başçısı İlham Əliyevin yaşı 70-i ötmüş vəzifə sahiblərinin istefa mədəniyyəti göstərmələri üçün etdiyi çağırışa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə müsbət reaksiya verib.

Belə ki, 85 yaşlı akademik Akif Əlizadə AMEA-nın bu günə çağırılan yığıncağında istefa verdiyini rəsmən elan edəcək.

Modern.az-ın məlumatına görə, bu gün  saat 16:00-da  AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və orada yeni prezident seçiləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının  vitse-prezidenti  İsa Həbibbəyli Modern.az-a açıqlamasında yayılan xəbərləri təsdiqləyərək deyib ki, konkret yeni namizəd barəsində heç bir məlumatı yoxdur:

“Bu gün AMEA-da Rəyasət Heyətinin toplantısı  keçiriləcək. Mən də ora dəvət almışam. Təbii ki, Akif Əlizadə rəsmi qaydada istefa məsələsini elan edəcək. Yeni prezident də seçiləcək. Ancaq yeni prezidentin kimliyi   barədə  məlumatım yoxdur”.

“AMEA-nın prezidenti olmaq istəyərsizmi” sualına İsa Həbibbəyli belə cavab verib:


“Belə sualların verilməsi doğru deyil. Mən ya da başqa birinin kimisə istəməyi ilə bu məsələlər həll olunmur. Tutduğum vəzifə məni tam qane edir. Humanitar  və ictimaiyyət sahəsində fəaliyyət göstərirəm. Bu həm ixtisasıma, həm də təcrübəmə tam uyğundur. Mənim AMEA-nın prezidenti olmaq iddiam yoxdur”.

Akif Əlizadə 1934-cü ildə Bakıda doğulub. Azərbaycan Sənaye İnstitutunu bitirib.
Geologiya ixtisasına yiyələnən A.Əzlizadə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edilib. Əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A. Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub.

A.Əlizadə “Şöhrət” və “Şərəf” ordenləri ilə mükafatlandırılıb.
Geologiya-mineralogiya elmləri doktoru, professordur.
2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postunu tutur.

A. Əlizadənin 85 yaşı var. O, 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov Türkmənistana getdi 21 Yanvar 2021, 09:00 Daha 2 COVID-19 xəstəsinə cinayət işi açıldı 21 Yanvar 2021, 08:37 Ömürü uzadan meyvə şirəsi 21 Yanvar 2021, 08:22 Təhlükəli virus Çinə də çatdı 21 Yanvar 2021, 04:17 ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi 21 Yanvar 2021, 03:46 “Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin yanvarın 21-nə olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49 Britaniyada virusdan rekord sayda ölüm 20 Yanvar 2021, 20:39 Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı 20 Yanvar 2021, 20:26 Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı 20 Yanvar 2021, 20:12 ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət etdi 20 Yanvar 2021, 20:04 Fransada məhbuslar həbsxananı yandırıblar 20 Yanvar 2021, 19:46 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI 20 Yanvar 2021, 19:31 Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı 20 Yanvar 2021, 19:17