Modern.az

İranda iqtisadi təhlükəsizlik polisi yaradılıb

İranda iqtisadi təhlükəsizlik polisi yaradılıb

5 Noyabr 2019, 19:48

İranın 13 gömrük-keçid məntəqəsində iqtisadi təhlükəsizlik polisi fəaliyyətə başlayıb və bununla əlaqədar işlər gələn ilin martına qədər yekunlaşacaq.

 

Modern.az-ın məlumatına görə, bunu İranın hüquq-mühafizə orqanının polis rəisi Hüseyn Əştəri jurnalistlərə açıqlamasında deyib.

H.Əştərinin sözlərinə görə, gömrük-keçid məntəqələrində fəaliyyətə başlayan iqtisadi təhlükəsizlik polisi qısa müddət ərzində iqtisadi fəsadlar, qaçaqmalçılıqla mübarizədə ciddi addımlar atıb.

 

Qeyd edək ki, İranda məhsul qaçaqmalçılığı hallarının yüksək səviyyədə olması bu polisin yaradılmasının səbəblərindən biridir. Ölkənin məhsul və xarici valyuta qaçaqmalçılığı ilə mübarizə komitəsinin rəisi Əli Moəyyidi Xorrəmabadi may ayında bildirmişdi ki, İranda 12,5 milyard dollar dəyərində qaçaqmalçılıq var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır