Modern.az

YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX

YAP-ın yeni İdarə Heyəti toplaşır - TARİX

Ölkə

Bu gün, 16:26

Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş İdarə Heyəti ilk dəfə toplaşacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, iclas oktyabrın 16-sı olacaq. 

Qeyd edək ki, oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib.

Yeni tərkibdə İlham Əliyev, Mehriban Əliyeva, Tahir Budaqov, Əli Əhmədov, Arif Rəhimzadə, Elnarə Akimova, Bayram Aslanov, Azər Badamov, Tofiq Cahangirov, Kamal Cəfərov, Samir Cəfərov, Rauf Əliyev, Asif Əsgərli, Vazeh Əsgərov, Ziyafət Əsgərov, Eldar Əzizov, Ülviyyə Həmzəyeva, Ramiz Hüseynov, Hicran Hüseynova, Eldar İbrahimov, Fuad İbrahimov, Anar İsgəndərov, Amin İsmayılov, İmamverdi İsmayılov, Şahin İsmayılov, Pərvin Kərimzadə, Elmar Qasımov, Musa Quliyev, Mübariz Qurbanlı, Rəşad Mahmudov, Hikmət Məmmədov, İlham Məmmədov, Tahir Mirkişili, Ədalət Muradov, Bahar Muradova, Alqış Musayev, Elnur Sadıqov, Aynur Sofiyeva, Əfsun Sucayev və Mixael Zabelin yer alırlar.

Əvvəlki tərkiblə müqayisədə İdarə Heyətində beş dəyişiklik edilib. Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov və Rövşən Bayramov yeni tərkibdə yer almayıblar. Onların əvəzinə Ziyafət Əsgərov, Hicran Hüseynova, İmamverdi İsmayılov, İlham Məmmədov və Alqış Musayev İdarə Heyətinə seçiliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!