Modern.az

Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı

Bakıda evdən külli miqdarda pul və qızıl-zinət oğurlandı

11 Noyabr 2019, 14:37

 

Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 5000 manat, 2300 ABŞ dolları, 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini B.Qurbanov saxlanılıb.

Oğurluqda iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir