Modern.az

Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb

Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb

15 Noyabr 2019, 14:55

2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə 65415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb:

“Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,0 faiz artmış, tikintidə isə 6,2 faiz azalıb”.

DSK bəyan edib ki, əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?