Modern.az

Qətər İrandan təzminat tələb edir

Qətər İrandan təzminat tələb edir

Dünya

21 İyul 2026, 21:37

Qətər BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə iki rəsmi nota göndərərək, İranın Qətər ərazisinə endirdiyi zərbələr nəticəsində vurduğua ziyana görə, hüquqi məsuliyyətə cəlb olunmasını, həmçinin vurulmuş ziyanın ödənilməsini tələb edib.

Modern.az xəbər verir ki, bu barədə “Iran International” nəşri məlumat yayıb.

Bildirilib ki, Qətərin BMT-dəki daimi nümayəndəsi Aliya Əhməd bin Səid Al Tani məktublarında bildirib ki, İran 2026-cı il iyulun 7-də Hörmüz boğazı yaxınlığında Qətərə məxsus "Ər-Rukkiyyət" gəmisinə hücum edib, həmçinin 2026-cı il iyulun 12-də və 17-də raket zərbələri endirib.

Məktublarda qeyd olunur ki, Qətər Silahlı Qüvvələri bir neçə ballistik raket hücumunun qarşısını alıb. Daxili İşlər Nazirliyi raketlərin zərərsizləşdirilməsi zamanı qəlpələrin düşməsi nəticəsində, o cümlədən bir uşağın da olduğu üç nəfərin yaralanmağı qeydə alıb.

Doha İranın hücumlarını "təhlükəli və qəbuledilməz eskalasiya" kimi qiymətləndirərək, onların beynəlxalq hüquq normalarına və Cenevrə konvensiyalarına zidd olduğunu vurğulayıb. Bundan əlavə, bu hərəkətlər BMT Təhlükəsizlik Şurasının İranın Qətərə və regionun digər ölkələrinə hücumlarını pisləyən 2026-cı il tarixli 2817 saylı qətnaməsinin pozulması kimi dəyərləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR