Modern.az

Makron yeniyetmələrlərlə bağlı qadağanı açıqladı 

Makron yeniyetmələrlərlə bağlı qadağanı açıqladı 

Dünya

21 İyul 2026, 23:11

Fransada 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun sentyabr ayında qüvvəyə minəcək.

Modern.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

"Qanun qəbul edildi.Tədris ilinin əvvəlindən 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya giriş qadağan ediləcək. Parlament üzvləri, təşəkkür edirəm. Uşaqlarımızı onlayn sistemdən qorumaq üçün konkret tədbirlər görmək lazımdır", - deyə Makron "X"də yazıb.

Daha əvvəl Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) və Senatı (parlamentin yuxarı palatası) 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən "yetkinlik yaşına çatmayanları sosial medianın təhlükələrindən qorumaq" qanun layihəsini dəstəkləmişdi. Qanun layihəsindəki bu tədbir sosial şəbəkələrdən uşaqların onlardan istifadə etməsinin qarşısını almaq üçün istifadəçilərinin yaş təsdiqləmə mexanizmlərini tətbiq etmələrini tələb edir.

Qanun sosial şəbəkə platformalarından 15 yaşdan kiçik istifadəçilərin hesablarını silməyə tələb edir. Qanun layihəsi həmçinin 15-18 yaş arası istifadəçilər üçün "rəqəmsal komendant saatı" tətbiq edir və onların internetdə keçirdikləri vaxtı məhdudlaşdırır.

Fransa mediasının məlumatına görə, bununla da Fransa sosial mediada yaş məhdudiyyətləri tətbiq edən ilk Avropa ölkəsi olacaq.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR