Modern.az

Hava yenidən pisləşir: Leysan yağış və dolu yağacaq

Hava yenidən pisləşir: Leysan yağış və dolu yağacaq

Ölkə

Bu gün, 15:46

Milli Hidrometeorologiya Xidməti iyulun 16-dan 22-dək ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, məlumatda həmin müddətdə qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, həmçinin dolu düşəcəyi ehtimal edilir.

Bildirilib ki, gözlənilən yağıntılar nəticəsində dağ çaylarında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidməti vətəndaşlara hava şəraitini nəzərə almağı, xüsusilə dağlıq ərazilərə səfər edənlərin ehtiyatlı olmalarını tövsiyə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!