Modern.az

Bakıda hoteldən 10 min manatlıq oğurluq edildi

Bakıda hoteldən 10 min manatlıq oğurluq edildi

Hadisə

21 İyul 2026, 23:34

Paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birində oğurluq hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hoteldən kondisioner, 2 ədəd televizor, kombi aparatı oğurlanıb və nəticədə zərərçəkənə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 35 yaşlı D. Göycəyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Binəqədi rayonunda qeydə alınan oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus “Chevrolet” markalı avtomobildən 290 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı S. Baxşiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər ili faktla bağlı araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR