Arxiv
21 Noyabr 2019, 11:26 | ÖLKƏ
Deputat hökuməti işıq limitinə yenidən baxmağa ÇAĞIRDI: “Buna əsaslar var!”

Payız-qış mövsümü ilə əlaqədar əhalinin elektrik enerjisinə artan tələbatı həm də ödənişlərin yüksəlməsinə səbəb olub. Buna görə də böyük əksəriyyət işıq limitinə yenidən baxılmasını zəruri hesab edir.


Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fəzail Ağamalı bildirib ki, işıq limitinə yenidən baxılması üçün kifayət qədər iqtisadi əsaslar var:


“Məsələ qaldırılanda vətəndaşların, seçicilərin mənə ünvanlanmış müraciətlərinə əsaslanmışdım. Doğrudur, etirazlardan sonra qazın limitinə baxıldı, amma işıq limitinə yox. Tarif Şurası addım atdı, amma hesab edirəm ki, bu, yetərli deyil. İşıq limitinə baxılmasını aktual hesab edirəm. Mənim araşdırmalarıma görə, ölkədə bunun üçün əsaslar var. Ümidvaram ki, yeni təyin olunmuş İqtisadiyyat naziri Mikayıl Cabbarov digər sahələrdə olduğu kimi, əhalinin sosial rifahı naminə bu məsələyə də diqqətlə yanaşacaq və limitə yenidən baxılması ilə bağlı addımlar atacaq. Bu limit tamamilə ləğv, yaxud başqa bir şəkildə icra edilə bilər”.


F.Ağamalının sözlərinə görə, qaz və işıq istehsal dəyərindən baha satılır:


“Mənim araşdırmalarımda gəldiyim nəticə belədir ki, qazın və işığın istehsalının maya dəyəri 3-3,5 qəpik civarındadır. Maya dəyərilə satış arasında xeyli fərq var. Bu üzdən də tariflərə yenidən baxılması zəruridir”.


“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az
-a bildirib ki, işıq limitnə yenidən baxılması təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ deyil:


“Biz icraçı qurumuq. Qanun-qayda nəyi diqtə edirsə, biz də onu icra edirik. Tariflər Tarif Şurası tərəfindən müəyyən edilir. Amma ümumilikdə tərəfimizdən işıq limitinə baxılması üçün müraciət edilməyib. Bunun üçün səlahiyyətimiz də yoxdur”.


Xatırladaq ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün  ödəniş 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.


Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Sel və daşqınlar nəticəsində 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - Fotolar 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni fotosu yayılıb 8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? Rəsmi cavab 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44 Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı 8 Dekabr 2019, 11:42 Yevda Abramovun dəfn mərasimi keçirilir 8 Dekabr 2019, 11:35  “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?