Modern.az

“Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir

“Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir

21 Noyabr 2019, 18:18

İngiltərənin “Tottenhem” klubunun istefaya göndərdiyi baş məşqçisi Maurisio Poçettino daha bir komandanın maraq dairəsindədir.

 

Apasport.az saytının məlumatına görə, İspaniya “Real”ı argentinalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.

2020-ci ilin yayında indiki baş məşqçi Zinəddin Zidanla yollarını ayırmağı planlaşdıran “Kral klubu” cənubi amerikalını bu posta real namizəd görür. 

 

Bunadək daha bir Avropa nəhənginin M.Poçettinonu baş məşqçi postuna gətirmək istəyi məlum idi. Almaniya “Bavariya”sı mövsüm başa çatdıqdan sonra argentinalı ilə müqavilə imzalamaq niyyətindədir.
 

 

   

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı